12px13px15px17px
Tarix:21/04/14

“LG” üç həftəyə min “UHD” formatlı televizor satıb

İstehlak elektronikasının aparıcı istehsalçılarından biri "LG Electronics” şirkəti yüksək təsvir ölçüsünə (UHD və ya 4K) malik televizorların satışa çıxarıldığı ilk gündən təxminən 900 belə qurğu satmasını elan edib.
 
Şirkət 49,55 və 65 düymlü “UHD TV”-lərin satışına cari ilin martın 28-də başlayıb. Televizorların displeylərinin tərəflərinin nisbəti 16:9, minimal təsvir ölçüsü 3840×2160 piksel təşkil edir ki, bu da "Full HD” formatını dörd dəfə üstələyir.  
 
Qeyd olunur ki, 49 düymlü qurğular istehlakçılar arasında daha çox populyardır. Bu televizorlar Cənubi Koreya istehsalçısının satdığı “UHD” televizorların ümumi həcminin yarısını təşkil edib. Şirkət nümayəndələrinin sözlərinə görə, bu növ qurğulara yüksək tələbat onların qiyməti (2,9 milyon von və ya 2,8 min dollar) ilə izah edilir. Müqayisə üçün qeyd edək ki, istehsalçı 55 düymlü modeli 3,9 milyon vona, 65 düymlü modeli 7,4 milyon vona satır.


İstehsalçı təmsilçilərinin sözlərinə görə, istehlakçıların müxtəlif tələblərinə daha yaxşı cavab vermək üçün cari yarımildə daha iki “UHD TV” modelinin (79 və 84 düym diaqonallı) buraxılması planlaşdırılır.  



Analitiklər güman edirlər ki, “UHD” kimi yeni texnologiyalar ictimaiyyətin diqqətini müasir televizorlara cəlb edəcək. “NPD DisplaySearch” şirkətinin proqnozuna əsasən, 2014-cü ildə “4K” formatlı televizor qurğularının tədarük həcmi 12 milyon ədədi ötəcək, 2017-ci ildə 62 milyon ədədə çatacaq, - “DailyComm www.dailycomm.ru” yazır.  






Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024