Tarix:21/04/14
Agentlikdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans isə Azərbaycan Prezidentinin Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil olunacaq.
Tədbir Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq prioritet istiqamətlər sırasına daxil edilmiş əqli mülkiyyətin inkişafının yaxın gələcək üçün müəyyən edilmiş hədəfləri və perspektivləri, həmçinin əqli mülkiyyətin müasir iqtisadiyyatda əhəmiyyəti və sənayenin inkişafındakı rolu, müəlliflik hüququna əsaslanan kreativ industriyanın inkişafı məsələləri işıqlandırılacaqdır. Tədbirdə Müəllif Hüquqları Agentliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və digər qurumların nümayəndələrinin məruzə və çıxışları, həmçinin mövzu ətrafında müzakirələr olacaqdır.
Qeyd olunan tədbirlərdə dövlət orqanlarının əməkdaşları, millət vəkilləri, tanınmış elm xadimləri, mütəxəssislər, müəlliflər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirin məqsədi əqli mülkiyyətin və müəllif hüquqlarının davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
Aynur Vəliyeva
Azərbaycanda “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçiriləcək
Azərbaycan Müəllif Hüquqları Agentliyi aprelin 26-da - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş konfrans keçirmək niyyətindədir.Agentlikdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans isə Azərbaycan Prezidentinin Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində təşkil olunacaq.
Tədbir Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq prioritet istiqamətlər sırasına daxil edilmiş əqli mülkiyyətin inkişafının yaxın gələcək üçün müəyyən edilmiş hədəfləri və perspektivləri, həmçinin əqli mülkiyyətin müasir iqtisadiyyatda əhəmiyyəti və sənayenin inkişafındakı rolu, müəlliflik hüququna əsaslanan kreativ industriyanın inkişafı məsələləri işıqlandırılacaqdır. Tədbirdə Müəllif Hüquqları Agentliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və digər qurumların nümayəndələrinin məruzə və çıxışları, həmçinin mövzu ətrafında müzakirələr olacaqdır.
Qeyd olunan tədbirlərdə dövlət orqanlarının əməkdaşları, millət vəkilləri, tanınmış elm xadimləri, mütəxəssislər, müəlliflər və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirin məqsədi əqli mülkiyyətin və müəllif hüquqlarının davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
Aynur Vəliyeva
Baxış sayı: 755
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır