Tarix:21/04/14
Bu barədə jurnalistlərə açıqlama verən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Fransa özünün növbəti peykini “Azərkosmos”la birgə orbitə çıxarmağı və onun kommersiya fəaliyyətini həyata keçirməyi təklif edir. “Sözügedən təklif də həm məsləhətçi sirkət, həm də “Azərkosmos”un ekspertləri tərəfindən araşdırılır. Peykin səmərəliliyi, kommersiya tərəfləri öyrənildikdən sonra təklif qəbul edilə bilər”.
Daha sonra mobil danışıq tarifləri ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanda bir sıra istiqamətlər üzrə qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir və buna da hər kəs, eləcə də ölkədə fəaliyyət göstərən bütün şirkətlər riayət edir:
“Digər tərəfdən isə bazar çərçivəsində nəzarət olunan xidmətlər var. Mobil xidmətlərin də bir çoxu bu qisim xidmətlərə aiddir. Lakin müəyyən qiymətlər də var ki, onlar birbaşa əhaliyə göstərilən xidmətlər deyil - yəni hüquqi şəxslər, operatorlar arasında olan xidmətlərin dəyərləndirilməsidir. Bunların isə tənzimlənməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının müraciəti və Ədliyyə Nazirliyinin təsdiqilə həyata keçirilir. Artıq bu istiqamətdə addımlar atılıb. Əgər mobil operatorlar razı olmasa, məhkəməyə müraciət olunacaq. Amma bu yaxınlarda bizim kollegiyanın məlumatından sonra hər üç operator nazirliyin Tənzimləmə şöbəsi ilə aktiv işləməyə başlayıb. Onların 3-ü də söz verir ki, operatorlararası olan trafik mübadiləsinin aşağı salınmış qiymətini qəbul edəcəklər. Bu da onlara imkan verəcək ki, xidmətlərin qiymətini aşağı salsınlar”.
Seymur Qasımbəyli
Əli Abbasov: “Operatorlararası trafik mübadiləsinin qiyməti aşağı salınacaq”
“Azərkosmos artıq kosmik bazarlarda öz fəaliyyətini genişləndirir. Artıq Azərbaycana bu istiqamətdə bir çox ölkələrdən müraciətlər edilir”.Bu barədə jurnalistlərə açıqlama verən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Fransa özünün növbəti peykini “Azərkosmos”la birgə orbitə çıxarmağı və onun kommersiya fəaliyyətini həyata keçirməyi təklif edir. “Sözügedən təklif də həm məsləhətçi sirkət, həm də “Azərkosmos”un ekspertləri tərəfindən araşdırılır. Peykin səmərəliliyi, kommersiya tərəfləri öyrənildikdən sonra təklif qəbul edilə bilər”.
Daha sonra mobil danışıq tarifləri ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, Azərbaycanda bir sıra istiqamətlər üzrə qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir və buna da hər kəs, eləcə də ölkədə fəaliyyət göstərən bütün şirkətlər riayət edir:
“Digər tərəfdən isə bazar çərçivəsində nəzarət olunan xidmətlər var. Mobil xidmətlərin də bir çoxu bu qisim xidmətlərə aiddir. Lakin müəyyən qiymətlər də var ki, onlar birbaşa əhaliyə göstərilən xidmətlər deyil - yəni hüquqi şəxslər, operatorlar arasında olan xidmətlərin dəyərləndirilməsidir. Bunların isə tənzimlənməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının müraciəti və Ədliyyə Nazirliyinin təsdiqilə həyata keçirilir. Artıq bu istiqamətdə addımlar atılıb. Əgər mobil operatorlar razı olmasa, məhkəməyə müraciət olunacaq. Amma bu yaxınlarda bizim kollegiyanın məlumatından sonra hər üç operator nazirliyin Tənzimləmə şöbəsi ilə aktiv işləməyə başlayıb. Onların 3-ü də söz verir ki, operatorlararası olan trafik mübadiləsinin aşağı salınmış qiymətini qəbul edəcəklər. Bu da onlara imkan verəcək ki, xidmətlərin qiymətini aşağı salsınlar”.
Seymur Qasımbəyli
Baxış sayı: 1548
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı