12px13px15px17px
Tarix:21/04/14

Məlumat sessiyasının tarixi açıqlandı

Sabah, yəni aprelin 22-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində E-qrant sisteminin təqdimatı və layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyası keçiriləcək.
 
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə İTİDF-dən məlumat verilib.
 
Fonddan bildirilib ki, sözügedən tədbirdə İKT sahəsi üzrə ixtisaslaşmış kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edəcəklər.
 
Tədbirin keçirilməsində əsas məqsəd layihələrin təqdim olunması ilə bağlı sahibkarları prosedur qaydaları üzrə məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır. Fond informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edir.
 
 
Nəzərinizə çatdırırıq ki, tədbir Fondun konfrans zalında (Ünvan: İnşaatçılar prospekti 2, 3-cü mərtəbə) keçiriləcəkdir.
 
 
Seymur
 



Baxış sayı: 792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024