Tarix:22/04/14
“Startap Azərbaycan 2014” layihəsinin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, toplantıda “Startap Azərbaycan” layihəsi, startap müsabiqəsinin qaydaları, uğurlu milli startaplar haqqında, startap komandalarının formalaşdırılması haqqında məlumatlar veriləcək.
Toplantıda, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən elan edilən Qrant Müsabiqəsi haqqında danışılacaq.
Toplantıda startapçılar, proqramçılar, dizaynerlər və marketoloqlar, İnternet biznesə maraq göstərənlər, startap komandaları qurmaq istəyənlər, İT mütəxəssisləri iştirak edə bilərlər.
“Startap Azərbaycan 2014” layihəsinə aprelin 18-də start verilib. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, Bakı şəhərində və regionlarda startap görüşlərinin, startapçılar üçün təlimlərin, ənənəvi “Startap Azərbaycan” Milli Konfransının və startapların inkişafına kömək məqsədilə digər müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Artıq milli startapların müsabiqəsi elan olunub və hazırda “www.startup.az” resursunda qeydiyyat aparılır. Eyni zamanda, “Startap Azərbaycan” komandası İnternet biznesin inkişafına dəstək məqsədilə tədbirlərə və görüşlərə başlayıb.
Aynur Vəliyeva
Yüksək Texnologiyalar Parkında “Startap Bakı”toplantısı keçiriləcək
Aprelin 26-da Yüksək Texnologiyalar Parkında “Startap Bakı”toplantısı keçiriləcək.“Startap Azərbaycan 2014” layihəsinin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, toplantıda “Startap Azərbaycan” layihəsi, startap müsabiqəsinin qaydaları, uğurlu milli startaplar haqqında, startap komandalarının formalaşdırılması haqqında məlumatlar veriləcək.
Toplantıda, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən elan edilən Qrant Müsabiqəsi haqqında danışılacaq.
Toplantıda startapçılar, proqramçılar, dizaynerlər və marketoloqlar, İnternet biznesə maraq göstərənlər, startap komandaları qurmaq istəyənlər, İT mütəxəssisləri iştirak edə bilərlər.
“Startap Azərbaycan 2014” layihəsinə aprelin 18-də start verilib. Layihə çərçivəsində milli startapların müsabiqəsinin, Bakı şəhərində və regionlarda startap görüşlərinin, startapçılar üçün təlimlərin, ənənəvi “Startap Azərbaycan” Milli Konfransının və startapların inkişafına kömək məqsədilə digər müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Artıq milli startapların müsabiqəsi elan olunub və hazırda “www.startup.az” resursunda qeydiyyat aparılır. Eyni zamanda, “Startap Azərbaycan” komandası İnternet biznesin inkişafına dəstək məqsədilə tədbirlərə və görüşlərə başlayıb.
Aynur Vəliyeva
Baxış sayı: 654
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır