Tarix:22/04/14
"Facebook"un reklam verən tərəfdaşları şəbəkənin platforması vasitəsilə müxtəlif əlavə və oyunlarda reklam yerləşdirə biləcəklər. Reklamın yönəldilməsi istifadəçilərin fərdi məlumatları əsasında həyata keçiriləcək.
Mobil reklam şəbəkəsinin yaradılması "Facebook"un istifadəçilər haqqında topladığı məlumatların həcmini artırmayacaq. Lakin servisin istifadəyə verilməsi istifadəçilərin sosial şəbəkədən kənarda mobil internetdə gördükləri reklamın yönəldilməsinin həcmini artıra bilər.
Mobil reklam şəbəkəsini "Facebook"un aprelin sonunda tərtibatçılar üçün keçiriləcək illik "F8" konfransında nümayiş etdirəcəyi gözlənilir.
"eMarketer" analitik şirkətinin məlumatına görə, 2013-cü ildə mobil reklam bazarının lideri 49,3 faizlik payla "Google" şirkəti olub. Lakin "Facebook"un payı ötən il 2012-ci ildəki 5,4 faizdən 17,5 faizədək artıb.
2013-cü ilin dördüncü rübündə "Facebook"un mədaxilinin 53 faizi, ilin yekunları üzrə 40 faizi mobil reklamın payına düşüb. Sosial şəbəkə rəhbəri Mark Sukerberq mobil istiqamətin inkişafının hazırda şirkət üçün prioritet təşkil etdiyini bəyan edib, - "Lenta www.lenta.ru" yazır.
“Facebook” mobil reklam şəbəkəsini işə salmaq niyyətindədir
"Facebook" sosial şəbəkəsi reklamın kənar servislərə yönəldilməsi üçün istifadəçilər haqqında məlumatlardan istifadəyə imkan verəcək mobil reklam şəbəkəsini işə salmağı planlaşdırır. Bu barədə "The Wall Street Journal" nəşri məlumat verib."Facebook"un reklam verən tərəfdaşları şəbəkənin platforması vasitəsilə müxtəlif əlavə və oyunlarda reklam yerləşdirə biləcəklər. Reklamın yönəldilməsi istifadəçilərin fərdi məlumatları əsasında həyata keçiriləcək.
Mobil reklam şəbəkəsinin yaradılması "Facebook"un istifadəçilər haqqında topladığı məlumatların həcmini artırmayacaq. Lakin servisin istifadəyə verilməsi istifadəçilərin sosial şəbəkədən kənarda mobil internetdə gördükləri reklamın yönəldilməsinin həcmini artıra bilər.
Mobil reklam şəbəkəsini "Facebook"un aprelin sonunda tərtibatçılar üçün keçiriləcək illik "F8" konfransında nümayiş etdirəcəyi gözlənilir.
"eMarketer" analitik şirkətinin məlumatına görə, 2013-cü ildə mobil reklam bazarının lideri 49,3 faizlik payla "Google" şirkəti olub. Lakin "Facebook"un payı ötən il 2012-ci ildəki 5,4 faizdən 17,5 faizədək artıb.
2013-cü ilin dördüncü rübündə "Facebook"un mədaxilinin 53 faizi, ilin yekunları üzrə 40 faizi mobil reklamın payına düşüb. Sosial şəbəkə rəhbəri Mark Sukerberq mobil istiqamətin inkişafının hazırda şirkət üçün prioritet təşkil etdiyini bəyan edib, - "Lenta www.lenta.ru" yazır.
Baxış sayı: 910
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib