12px13px15px17px
Tarix:22/04/14

“VKontakte” sosial şəbəkəsinin yaradıcısı yeni mobil sosial şəbəkə yaratmağı planlaşdırır

"VKontakte" sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Rusiyanı tərk edib və qayıtmaq niyyəti yoxdur.
 
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, P. Durov "TechCrunch" nəşri ilə yazışmasında bildirib ki, o, hazırda Rusiyada deyil və heç qayıtmaq niyyəti də yoxdur.
 
"Çox təəssüf ki, bu ölkə hazırda internet biznes ilə uyuşmur",- deyə o bildirib.
 
 "VKontakte" sosial şəbəkəsinin keçmiş baş direktoru onu da bildirib ki, bu il mobil sosial şəbəkəni yaratmaq niyyətindədir. P. Durov dəqiqləşdirməyib ki, yeni sosial şəbəkə "Telegram" mobil messencer çərçivəsində yaradılır, yoxsa ayrıca əlavə proqram olacaq.
 
Durov qeyd edib ki, hökumətlə əməkdaşlıqdan açıq-aşkar imtina etdikdən sonra "VKontakte" şəbəkəsinin idarə edilməsində geriyə yol görmür.
 
Aynur Vəliyeva



Baxış sayı: 782

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024