12px13px15px17px
Tarix:24/04/14

Azərbaycan əhalisinin 70 faizdən çoxu internetdən istifadə edir

Ötən ilin nəticələrinə görə, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir, o cümlədən onların 50 faizi genişzolaqlı internet istifadəçisidir. İnternet qiymətləri ildən-ilə azalır, belə ki, 2004-cü illə müqayisədə 1 Mbit/s sürətli internetə qoşulmanın qiyməti 1200 manatdan 10 manata enib.

Ölkə üzrə genişzolaqlı xidmətlərə qoşulmanın orta qiyməti orta aylıq əməkhaqqının 3%-ni təşkil edir və bu da BTİ-nin inkişaf etməkdə olan ölkələrdə bu nisbətin 2015-ci ilədək 5%-dən az olması hədəfinə artıq nail olunması deməkdir.
Son beş ildə beynəlxalq internet kanalının tutumu 12,9 dəfə artaraq 200 Gbit/s-yə çatıb, internet xidmətləri bazarının həcmi təxminən 4 dəfə artıb.

Bununla yanaşı, mobil şəbəkə genişləndirilib. Respublikada mövcud olan üç mobil operator tərəfindən müasir “3G” xidmətləri göstərilir. 2012-ci ildən ölkəmizdə “4G” texnologiyasının da tətbiqinə başlanılıb. Ölkədə hər 100 nəfərə 110 mobil abunəçi düşür.



Baxış sayı: 768

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024