12px13px15px17px
Tarix:19/08/11

“Google”-dan “LG”-yə uğursuz təklif

Cənubi Koreya şirkəti “LG” bu gün “Android” əməliyyat sistemi ilə işləyən smartfonların ən böyük istehsalçılarından biri ola bilərdi. Lakin 4 il əvvəl strateji planda edilmiş səhvə görə indi korporasiyanın mobil bölməsinin vəziyyəti heç də ürəkaçan deyil.

“The Wall Street Journal”a istinadən Unwired View bildirib ki, “Google” ilk əvvəl məhz “LG” şirkətinə dünyada ilk “Android” smartfonunun istehsalçısı olmağı təklif edib. Müvafiq danışıqlar 2007-ci ilin əvvəlindən aparılıb, lakin koreyalılar bir neçə ay sonra sazişdən imtina ediblər və “Prada” telefonunun irəliləyişi ilə məşğul olmağa başlayıblar. “LG” şirkəti “Prada” telefonu vasitəsilə bazarda böyük pay əldə etməyi nəzərdə tutmuşdu.

“Google” şirkəti isə “BlackBerry”-yə oxşar aparatın çıxarılması ideyasından imtina edərək “HTC” şirkətinə müraciət edib. İki şirkətin əməkdaşlığının nəticəsi ilk “Android” smartfon “T-Mobile G1” (HTC Dream) olub.

İndi Tayvan istehsalçısı hər rüb öz qurğularının rekord satışları haqqında hesabat verir, lakin “LG” şirkətinin mobil bölməsi ardıcıl 5 rübdür ki problemlərlə üzləşir.


www.onliner.by



Baxış sayı: 1777

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024