12px13px15px17px
Tarix:25/04/14

Dünyada internet-mağazalara maraq artır

2014-cü ilin birinci rübündə “Amazon” internet riteylerinin mənfəəti 32% artaraq 108 milyon dollar olub.
 
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hesabat dövründə əməliyyat mənfəəti ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 19% azalaraq 146 milyon təşkil edib. Şirkətin satış həcmi 23% artaraq 19,74 milyard dollara çatıb.
 
“Amazon.com” – internet üzərindən məhsul və xidmətlər satan təşkilatlar arasında dövriyyəsinə  görə dünyanın ən böyük şirkətdir. “Amazon” şirkətinin Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiyada filialları var, həmçinin dünyanın 61 ölkəsinə məhsul tədarük edir.
 
Emil Hüseynov



Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024