12px13px15px17px
Tarix:25/04/14

İl ərzində dünyada internetə qoşulmanın orta sürəti 27 faiz artıb

İl ərzində dünyada internetə qoşulmanın orta sürəti 27 faiz artaraq 3,8 Mbit/saniyəyə çatıb. Bu barədə “Akamai” şirkətinin 2013-cü ilin dördüncü rübündə internetin vəziyyətinə dair yeni hesabatında (State of the Internet, Q4 2013) deyilir. Bu göstərici üzrə uzun illərdir dünya lideri Cənubi Koreya olaraq qalır. Ötən il bu ölkə nəticəsini 57 faiz artıraraq orta sürəti 21,9 Mbit/saniyəyə çatdırmağa nail olub. 

Liderlər üçlüyünə böyük geriliklə Yaponiya (12,8 Mbit/s) və Niderland (12,4 Mbit/s) daxildir.
Hesabatda, həmçinin qeyd olunur ki, mobil rabitə operatorları adi internet provayderlərinə çevrilib. Şəbəkələrdə danışıq müddətində artıq dördüncü ildir artım müşahidə olunmur, halbuki mobil trafikin həcmi təxminən 20 dəfə artıb. Son il ərzində artım 70 faiz təşkil edib.

Dünyada mobil internetin sürətinə görə birinci yeri 8,9 Mbit/s göstəricisi ilə Rusiyanın adı çəkilməyən (hesabatda şirkət RU-1 kimi göstərilib) provayderi tutub.

İkinci yerdə ABŞ (8,5 Мbit/s), üçüncüdə Ukrayna (7,9 Мbit/s) provayderi qərarlaşıb. 
Qeyd edək ki, “Akamai” 133 ölkədə trafiki izləyərək rüblük hesabat dərc edir. Mobil rabitə şəbəkələri barədə statistika İsveçin “Ericsson” şirkətindən alınır, - “Xaker www.xakep.ru” yazır. 



Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024