12px13px15px17px
Tarix:25/04/14

Yenilik: - valyuta məzənnəsini hesablayan proqram istifadəyə verilib

Azərbaycanın internet məkanında daha bir yeniliyə imza atılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ölkənin e-xidmət sferasında yeni bir funksiya istifadəyə verilib.
 
Belə ki, valyuta mübadiləsi ilə məşğul olanlar, eləcə də sadə vətəndaşlar istənilən miqdarda və istənilən valyutanın Azərbaycan manatına nisbətini çox asanlıqla öyrənə biləcək. Dollar-manat, avro-manat, tl-manat, rubl-manat çevrilməsində və hesablanmasında yaranan çətinliklər artıq arxada qaldı.
 
 Bunun üçün hansısa saytı açmaq və ya kalkulyator axtarmaq da lazım olmayacaq. Üstəlik, həmin günün məzənnə fərqlərini öyrənməyə də ehtiyac qalmayacaq. “Azex Chrome” tətbiqi istifadə edənlər isə öz işlərindən ayrılmadan yerindəcə həmin məzənnəni konvertasiya etmək imkanı qazanırlar. Əgər internet istifadəçisi “Chrome” brauzerindən yararlanırsa, o zaman bu linkdən (https://chrome.google.com/webstore/detail/azex-currency-converter/imjckhoemljibkmnogmgapliimagcpdc)  sözügedən tətbiqi yükləyə bilər. İstifadəçinin əsas üstünlüyü iş gördüyü səhifədən ayrılmadan istənilən miqdarı konvertasiya edə bilməsidir.
 
Hər bir şəxs konvertorda ən çox istifadə etdiyi məzənnələri yaddaşda saxlamaqla daha sonrakı əməliyyatlarda prosesi bir qədər də asanlaşdıra bilər. Bu, çox sadə, rahat və funksional valyuta konvertorudur.
 
Çevrilməli olan valyutanın uyğun yerdə yazılması kifayət edir ki, digər valyutadakı hesablanmış məbləğ göstərilsin.
 
Məlumat üçün bildirək ki, məzənnələr hər gün saat 00:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankına əsasən yenilənir.
 
SEYMUR
 
 



Baxış sayı: 1257

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024