Tarix:25/04/14
Bildirilir ki, yanvar-martda qlobal miqyasda 58,56 milyon müxtəlif əməliyyat sistemli planşet tədarük edilib ki, bu da 2013-cü ilin son rübü ilə müqayisədə təxminən 30 faiz azdır. Tələbatın azalması mövsümi amillər, eləcə də inkişaf etmiş bazarlarda məhsul bolluğu ilə izah edilir. Eyni zamanda analitiklər qeyd edirlər ki, illik hesablamada az artım müşahidə olunub. Belə ki, 2013-cü ilin birinci rübü ilə müqayisədə planşetlərin tədarük həcmi 4,6 faiz yüksəlib.
"Apple" və "Samsung" şirkətləri bazarın iki aparıcı tədarükçüsü olaraq qalsa da, onlar arasında fərq azalmağa doğru gedir. Bu, ilk növbədə "iPad" mini-planşet modelinə tələbatın azalması ilə əlaqələndirilir: "Apple"ın məlumatına görə, birinci rübdə şirkətin planşetlərinin satışı illik hesablamada 16 faiz – 19,5 milyondan 16,4 milyon ədədədək aşağı düşüb. "Digitimes Research" isə ABŞ istehsalçısının ilin ilk üç ayında 15,85 milyon ədəd "iPad" satdığını qeyd edir.
Nəhəng planşet tədarükçüləri üçlüyünə "Apple" və "Samsung" ilə yanaşı, Çinin "Lenovo" şirkəti daxildir.
Qeyd olunur ki, "iOS" əməliyyat sistemindən fərqli sistemlərlə təchiz edilən planşetlərə tələbat 2013-cü ilin ilk rübü ilə müqayisədə 30 faizdən çox artıb. Buna səbəb kimi "Android", eləcə də "ASUS" şirkətinin "Windows" sistemli qurğuların yaxşı satılması göstərilir, - "3DNews www.3dnews.ru" yazır.
“Digitimes Research”: “Planşetlərin tədarükü azalıb”
"Digitimes Research" şirkəti cari ilin dördüncü rübünün yekunları üzrə dünya planşet kompüter bazarının həcmini qiymətləndirib.Bildirilir ki, yanvar-martda qlobal miqyasda 58,56 milyon müxtəlif əməliyyat sistemli planşet tədarük edilib ki, bu da 2013-cü ilin son rübü ilə müqayisədə təxminən 30 faiz azdır. Tələbatın azalması mövsümi amillər, eləcə də inkişaf etmiş bazarlarda məhsul bolluğu ilə izah edilir. Eyni zamanda analitiklər qeyd edirlər ki, illik hesablamada az artım müşahidə olunub. Belə ki, 2013-cü ilin birinci rübü ilə müqayisədə planşetlərin tədarük həcmi 4,6 faiz yüksəlib.
"Apple" və "Samsung" şirkətləri bazarın iki aparıcı tədarükçüsü olaraq qalsa da, onlar arasında fərq azalmağa doğru gedir. Bu, ilk növbədə "iPad" mini-planşet modelinə tələbatın azalması ilə əlaqələndirilir: "Apple"ın məlumatına görə, birinci rübdə şirkətin planşetlərinin satışı illik hesablamada 16 faiz – 19,5 milyondan 16,4 milyon ədədədək aşağı düşüb. "Digitimes Research" isə ABŞ istehsalçısının ilin ilk üç ayında 15,85 milyon ədəd "iPad" satdığını qeyd edir.
Nəhəng planşet tədarükçüləri üçlüyünə "Apple" və "Samsung" ilə yanaşı, Çinin "Lenovo" şirkəti daxildir.
Qeyd olunur ki, "iOS" əməliyyat sistemindən fərqli sistemlərlə təchiz edilən planşetlərə tələbat 2013-cü ilin ilk rübü ilə müqayisədə 30 faizdən çox artıb. Buna səbəb kimi "Android", eləcə də "ASUS" şirkətinin "Windows" sistemli qurğuların yaxşı satılması göstərilir, - "3DNews www.3dnews.ru" yazır.
Baxış sayı: 658
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır