12px13px15px17px
Tarix:25/04/14

Yerli internet ödəmə portalında daha bir bankın kredit ödənişlərini aparmaq mümkün oldu

“Hesab.az” internet ödəmə portalına “Bank Standard”ın kredit ödənişləri əlavə olunub.
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq istifadəçilər “Hesab.az”da olan şəxsi kabinetə daxil olaraq, “Bank və Lizinq” bölməsində “Bank Standard” kredit ödənişlərini həyata keçirə bilərlər.
 
Qeyd edək ki, “Hesab.az” portalının fəaliyyət göstərdiyi 3 il ərzində portalda 110 mindən artıq üzv qeydiyyatdan keçib, 4 milyona yaxın tranzaksiya və 40 milyon AZN-ə qədər ödəniş həyata keçirilib. Bütün tranzaksiyalar real vaxt rejimində aparılır, təhlükəsizliyi tam təmin olunur və heç bir komissiya tutulmur.
 
Bu ildən etibarən isə “Hesab.az” ödəmə portalından elektron xidmətlər portalına çevrilməyə başlayıb. Bu gün portal təkcə istifadəçilərinin həyatının rahatlaşdırılması və vaxtına qənaət etmək üçün deyil, eləcə də ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması, insanlarda elektron vərdişlərin yaradılmasında öz rolunu oynamaqdadır.
 
CAHANGİR



Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024