12px13px15px17px
Tarix:01/0514

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir.
 
- loqo dizaynı özündə nazirliyin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir.

- orijinal, rəngli və konseptual görünüşlü olmalıdır.
 
- müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Qalib gəlmiş loqo istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.
 
Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:
 
- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)

- loqotipin  vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))
 
Təklif olunacaq eskiz və layihələr aprelin  25-dən "rabitadunyasi@mincom.gov.az" e-mail ünvanına və ya Zərifə Əliyeva 33, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətinə göndərilməlidir.
Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 MB-dan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adını, soyadını, əlaqə nömrəsini, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.
Təkliflərin göndərilməsi üçün son müddət mayın  15-dir.
 
Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.
 
Təqdim olunan təkliflərə komissiya tərəfindən 20 may 2014-cü il tarixinə qədər  baxılaraq müsabiqənin qalibi elan olunacaqdır.
 
Müsabiqənin qalibinə 3 000 (üç min) manat məbləğində mükafat təqdim ediləcək. 


Məlumat üçün əlaqə telefonu: (012) 598-47-66



Baxış sayı: 2425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024