Tarix:25/04/14
“Microsoft” korporasiyası və “Nokia” şirkəti müştəriləri sevindirəcək və biznesin imkanlarını genişləndirəcək yeni cihaz və servislər ailəsini təqdim etmək üçün birləşirlər.
“Microsoft” korporasiyası “Nokia” şirkətinin cihaz və servislər biznesinin alınmasına dair sövdələşmənin başa çatdığını elan edib. Sövdələşmə dünya üzrə “Nokia”nın səhmdarları və dövlət idarəçiliyi orqanları tərəfindən təsdiqlənib. Sövdələşmənin başa çatması bu iki təşkilatın bir komandada birləşməsində ilk addım kimi qeyd olunur.
“Bu gün biz “Nokia”nın cihaz və servislər biznesini öz ailəmizdə salamlayırıq. Onların bizə gətirəcəyi mobil imkanlar və aktivlər bizim transformasiyamızı daha da sürətləndirəcək. Bizim “öncə mobillik, öncə bulud” dünyamızda tərəfdaşlarımızla birgə əvvəlki kimi diqqətimizi innovasiyaların çatdırılmasına cəmləyəcəyik”, - deyə “Microsoft”un baş direktoru Satya Nadella bildirib.
Qeyd edək ki, “Nokia”nın keçmiş prezidenti və icraçı direktoru Stiven Elop bundan sonra “Lumia” smartfon və planşetlərinin, “Nokia” telefonlarının, “Xbox Hardware”, “Surface”, həmçinin, “Perceptive Pixel” (PPI) məhsul və aksesuarlarının daxil olduğu “Microsoft Devices Group”un yeni icraçı vitse-prezidenti olacaq. “Microsoft” sənaye sahəsində dünyanın 50 ölkəsində fəaliyyət göstərən və innovasiya cihazları, mobil telefon və servislərin geniş portfelini istehsal və inkişaf etdirən və realizə edən 1 430 obyektin böyük təcrübəyə malik işçi heyətini salamlayır. Müqavilə çərçivəsində “Microsoft” korporasiyası “Nokia” müştərilərinə aid mövcud məhsullar üzrə bütün zəmanətlərə riayət edəcək.
“Windows Phone” smartfonlar bazarında sürətli böyüyən ekosistemdi və onun mükafatlara layiq görülmüş cihazlar portfeli genişlənməkdə davam edir. “IDC”-nin hesabatına əsasən, 2013-cü ilin son rübündə “Windows Phone” öz mövqeyini 3 ən yaxşı əməliyyat sistemindən biri kimi möhkəmlətmişdir və 91% illik artımla aparıcı əməliyyat sistemləri arasında birinci olub. Bundan başqa, “Nokia” ilə birlikdə “Microsoft” korporasiyası illik gəliri 50 mlrd. ABŞ dolları təşkil edə biləcək mövcud mobil qurğular bazarını hədəf kimi götürüb və ilk mobil təcrübəsindən yararlanaraq yeni müştərilərinə servislər təqdim edəcək.
Bununla yanaşı, “Microsoft” korporasiyası yeni dəyərlər və imkanlar təchizatını davam etdirəcək və seçilmiş cihazlar yaratmaqda platforma, alətlər, proqramlar və servislər təminatını həyata keçirən bir sıra aparat tərəfdaşları, əməliyyatçılar, distribüterlər və satıcılar ilə sıx əməkdaşlıq şəraitində işləyəcək.
Ümumilikdə, aparat və proqram təminatının birlikdə işləmə prinsipinin dərinliyini başa düşməklə, korporasiya “Windows” məhsullarına olan tələbatı inkişaf etdirmək niyyətindədir.
“Microsoft” korporasiyası “Nokia”nın cihaz və servislər biznesinin alınması üzrə sövdələşməni başa çatdırıb

Baxış sayı: 666
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır