Tarix:26/04/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir 26 aprel Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunub və Azərbaycan Prezidentinin Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində keçirilir.
Tədbir çərçivəsində çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov son illər müəllif hüquqları sahəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesinin uğurla davam etdirildiyini bildirib.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilib. Konsepsiyaya müəllif hüququ məsələləri və qeyri-maddi mədəni irsin qorunması üzrə 8 tədbir daxildir. Konsepsiyaya uyğun olaraq agentlik rəqəmli şəbəkədə yayım təşkilatlarının hüquqlarının qorunması üzrə qanun layihəsi, müəllif hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi üzrə Nazirlər Kabinetinin qərar layihəsi və digər sənədlər hazırlanaraq təqdim olunub”,- deyə o bildirib.
K. İmanovun sözlərinə əsasən, agentliyin bu il və növbəti illərdə prioritet fəaliyyət istiqamətləri rəqəmli mühitdə hüquqların idarə edilməsi, bu hüquqların təminatı və qeyri-maddi mədəni irsimizə daxil olan incilərimizin hüquqi qorunmasıdır və bunların əksəriyyəti “rəqəmli hüquqlar”la bağlıdır.
Tədbirdə Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat və Sənaye nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin mövzu ətrafında müzakirələri keçirilir.
Tədbirin məqsədi əqli mülkiyyətin və müəllif hüquqlarının davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
Aynur Vəliyeva
Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçirilir
Bu gün Bakıda Azərbaycan Müəllif Hüquqları Agentliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçirilir.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir 26 aprel Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunub və Azərbaycan Prezidentinin Sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində keçirilir.
Tədbir çərçivəsində çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov son illər müəllif hüquqları sahəsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesinin uğurla davam etdirildiyini bildirib.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul edilib. Konsepsiyaya müəllif hüququ məsələləri və qeyri-maddi mədəni irsin qorunması üzrə 8 tədbir daxildir. Konsepsiyaya uyğun olaraq agentlik rəqəmli şəbəkədə yayım təşkilatlarının hüquqlarının qorunması üzrə qanun layihəsi, müəllif hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi üzrə Nazirlər Kabinetinin qərar layihəsi və digər sənədlər hazırlanaraq təqdim olunub”,- deyə o bildirib.
K. İmanovun sözlərinə əsasən, agentliyin bu il və növbəti illərdə prioritet fəaliyyət istiqamətləri rəqəmli mühitdə hüquqların idarə edilməsi, bu hüquqların təminatı və qeyri-maddi mədəni irsimizə daxil olan incilərimizin hüquqi qorunmasıdır və bunların əksəriyyəti “rəqəmli hüquqlar”la bağlıdır.
Tədbirdə Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat və Sənaye nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin mövzu ətrafında müzakirələri keçirilir.
Tədbirin məqsədi əqli mülkiyyətin və müəllif hüquqlarının davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.
Aynur Vəliyeva
Baxış sayı: 662
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır