12px13px15px17px
Tarix:28/04/14

Dünyada ilk planşeti hansı şirkət istehsal edib?

2010-cu ildə "Apple" şirkəti "iPad"in birinci nəslini nümayiş etdirib. Planşetlərin tarixi məhz bu tarixdən hesablanır. Amma "iPad" planşetindən 9 il əvvəl bu qurğuların birinci modeli buraxılıb.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, 2001-ci ilin əvvəllərində "Nokia" şirkəti 1000 ədəd "M510" qurğusu buraxıb. O zaman bu qurğu veb-planşet adlandırılıb, amma "Nokia" şirkətinin mühəndisləri onu kütləvi istehsal etməyiblər, çünki bazar hələ bu cür qurğulara hazır deyildi.
 
"Nokia"nın mühəndisi Eko Yuliruusi deyir ki, o zaman şirkət bu cür qurğuların perspektivini görmədiyinə görə, kütləvi istehsal edilməyib. Planşet və smartfonlar dövrü başladıqda isə "M510" konsepsiyası artıq köhnəlmişdi.
 



Yaxın vaxtlara kimi "M510" haqqında heç nə məlum deyildi. "Nokia" şirkətinin planşet hazırlaması haqda məlumat ilk dəfə Devid Kordun "The Decline and Fall Nokia" adlı bioqrafik kitabında dərc edilib, amma kitabda qurğu haqqında ətraflı məlumat yoxdur. Kord yazır ki, 2001-ci ildə qurğu rəhbərliyə tanıdılmışdı, amma bundan 45 dəqiqə sonra bu cihaz tarixin bir hissəsinə çevrilib.
 
Hazırda təxminən 130 "Nokia M510" qurğusu qalıb, digərləri məhv edilib. Yuliruusi deyir ki, layihənin dayandırılmasından sonra "planşet" mühəndisləri komandasından bir çox üzv şirkəti tərk edib və 9 il sonra "Nokia"ya qayıtdıqda "iPad" və müasir dövrün başqa qurğularına qarşı yenilik təqdim etməyib. Yuliruusi deyir ki, o, elə 2001-ci ildə "Nokia"nı tərk edərək tezliklə "Networker" şirkətini təsis edib və hazırda da orda işləyir.
 

 
 
Emil Hüseynov



Baxış sayı: 1175

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024