12px13px15px17px
Tarix:29/04/14

“Skype”da qrup videozəngləri üçün ödəniş ləğv edilir

"Skype" proqramının tərtibatçılar komandası bəyan edib ki, qrup videozəngləri funksiyası ödənişsiz olacaq. İlk öncə proqramın "Windows", "Linux" əməliyyat sistemləri və "Xbox One" konsolu üçün versiyalarında ödəniş ləğv ediləcək, daha sonra "Skype"ın mobil versiyalarında da videozənglər ödənişsiz olacaq.
 
"ICTnews" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki,  əvvəllər "Skype"da qrup videozəngləri yalnız "Skype Premium" abunəsi olan istifadəçilər üçün əlçatan olub. Bu xidmətin haqqı isə gündəlik 4.99 və ya aylıq 8.99 dollar olub.
 
Emil Hüseynov



Baxış sayı: 697

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024