12px13px15px17px
Tarix:29/04/14

Britaniya pasport fotoşəkillərinin avtomatik tanınması sistemini tətbiq edir

Böyük Britaniya Pasport Xidməti pasport sahibinin sifətinin pasportdakı fotoşəkli ilə avtomatik müqayisəsi üçün insanların avtomatik tanınması sisteminin hazırlanmasına dair “Unisys” şirkəti ilə saziş imzalayıb.
Sistem ümumvətəndaşlıq pasportu almaq üçün müraciət edilən zaman şəxsiyyət vəsiqəsindəki fotonu real insanla avtomatik tutuşdurmağa imkan verəcək. Britaniyada bu mərhələ xaricə getmək üçün sənədlərin rəsmiləşdirilməsində müsahibə proseduruna daxildir.

Fotoşəklin tutuşdurulması müraciət edən şəxsin müraciət etməzdən əvvəl xaricə başqa adla getmək məqsədilə xarici görünüşünü dəyişmədiyini təsdiq etmək məqsədi daşıyır. Beləliklə, ümumvətəndaşlıq pasportunu başqa ada rəsmiləşdirmək üçün  cinayətkar ilk öncə daxili sənədi saxtalaşdırmalı olacaq.
Müəyyən hallarda (məsələn, insanın ilk dəfə müraciət etməsi və ya daxili pasportu alandan sonra xarici görünüşünün çox dəyişməsi) müraciət edən şəxsin xarici görünüşü daxili pasportdakı fotoşəkillə müqayisə edilməklə yanaşı, bilavasitə həmin şəxslə tanışlığı olan insanın imzası ilə təsdiq edilir (сountersigning proseduru).
İnsanların avtomatik tanınması sistemi pasport xidməti əməkdaşlarına müraciət edənin sifəti ilə milli pasportdakı fotoşəklin vizual müqayisəsinə vaxt sərf etməməyə imkan verəcək. Bu, hazırda yarım saat davam edən müsahibə prosedurunu bir qədər sürətləndirməyə şərait yaradacaq.  

Sistem 5 il ərzində “Unisys” şirkətinin Britaniya bölməsi tərəfindən işlənərək tətbiq ediləcək.

Sistemin qurulacağı “LEIDA” (Library of Electronic ID Artifact) platforması açıq standartlara əsaslanır. Platformada şəxsiyyətin biometrik identifikasiyası sistemini istənilən texnologiya əsasında sürətlə qurmağa imkan verən bir sıra modullar yer alıb: sifətin, gözün qüzehli qişasının, barmaq izlərinin və ya imzanın tanınması.

“Unisys” artıq ABŞ, Avstraliya, Meksika və digər ölkələrdə bir sıra biometrik tanınma sistemləri tətbiq edib.
Qeyd edək ki, biometrik texnologiyalara son vaxtlar sərhəd yoxlanışlarında rahatlıq və təhlükəsizlik üçün tələbat artıb. İlk növbədə bu, insan haqqında biometrik informasiyanın olduğu ümumvətəndaşlıq pasportları və sərhəd məntəqələrində (məsələn, aeroportlarda) quraşdırılan məlumatların oxunması sistemlərinə şamil edilir, - "CNews www.cnews.ru” yazır.



Baxış sayı: 595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024