Tarix:29/04/14
Fransa nazirliyinin qərarı ABŞ Vergi İdarəsinin (Internal revenue service, IRS) “Bitcoin”i səhm və digər qeyri-material aktivlər kimi əmlaka bərabərləşdirən qərarının oxşarıdır.
Buradan belə məlum olur ki, “Bitcoin”lərin satışı zamanı istifadəçilər onlardan əldə etdikləri gəlirdən vergi ödəməli olacaqlar.
Bununla yanaşı, müəyyən fərqlər də var. Məsələn, ABŞ-dan fərqli olaraq Fransada kiçik məbləğdə qazanc əldə edənlər və ya bu əməliyyatlarla mütəmadi məşğul olmayanlar üçün vergi ödənişi nəzərdə tutulmur.
“Bütün vergiödəyiciləri öz gəlirləri, o cümlədən xaricdən daxil olan gəlirlər haqqında bəyannamə təqdim etməlidirlər”, - deyə Fransa nazirlik nümayəndəsi bildirib.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “3DNews www.3dnews.ru” yazır.
Fransada “Bitcoin” virtual valyutası ilə aparılan əməliyyatlara vergi tətbiq ediləcək
Fransada “Bitcoin” elektron kriptovalyutasının rəsmən tanınmamasına baxmayaraq onunla aparılan əməliyyatlardan əldə olunan gəlirlərə vergi tətbiq ediləcək. Belə ki, Fransa İqtisadiyyat və Maliyyə Nazirliyi bəyan edib ki, “Bitcoin” virtual valyutasından istifadə edənlər öz gəlirləri haqqında vergi bəyannamələrini vergi orqanlarına təqdim etməlidirlər.Fransa nazirliyinin qərarı ABŞ Vergi İdarəsinin (Internal revenue service, IRS) “Bitcoin”i səhm və digər qeyri-material aktivlər kimi əmlaka bərabərləşdirən qərarının oxşarıdır.
Buradan belə məlum olur ki, “Bitcoin”lərin satışı zamanı istifadəçilər onlardan əldə etdikləri gəlirdən vergi ödəməli olacaqlar.
Bununla yanaşı, müəyyən fərqlər də var. Məsələn, ABŞ-dan fərqli olaraq Fransada kiçik məbləğdə qazanc əldə edənlər və ya bu əməliyyatlarla mütəmadi məşğul olmayanlar üçün vergi ödənişi nəzərdə tutulmur.
“Bütün vergiödəyiciləri öz gəlirləri, o cümlədən xaricdən daxil olan gəlirlər haqqında bəyannamə təqdim etməlidirlər”, - deyə Fransa nazirlik nümayəndəsi bildirib.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “3DNews www.3dnews.ru” yazır.
Baxış sayı: 609
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır