12px13px15px17px
Tarix:30/04/14

Azərbaycan statistik informasiya sisteminin idarə olunmasına dair İrlandiyada keçirilmiş seminarda təmsil olunub

 Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası (BMT AİK), Avropa İttifaqının Statistika İdarəsi (Avrostat) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşkilatçılığı ilə İrlandiyanın Dublin şəhərində “Statistik informasiya sisteminin idarə olunması” mövzusunda seminar keçirilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycan tərəfdən tədbirə komitənin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev qatılıb. Seminarda Azərbaycan ilə yanaşı, dünyanın bir çox ölkələrindən, o cümlədən Albaniya, Avstriya, Kanada, Estoniya, Finlandiya, Fransa, Almaniya, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ-ın statistika xidmətlərinin mütəxəssisləri iştirak edib. Seminarın keçirilməsində əsas məqsəd informasiya texnologiyaları, keyfiyyətin idarə olunması və məlumat mübadiləsi standartları sahəsində statistika və digər mütəxəssislər arasında təcrübə mübadiləsi və yaxşı nəticələrin müəyyən edilərək, digər ölkələrə tövsiyə edilməsindən ibarət olub.

Seminarın işçi auditoriyasını, əsasən informasiya texnologiyaları, statistik metaməlumatlar və statistik biznes prosesin tətbiqinə və dəyişdirilməsinə cavabdeh şəxslər təşkil edib. Gündəlikdə çıxışların qruplaşdırıldığı əsas mövzular məhsul və keyfiyyət arxitekturası, standart əsaslı modernizasiya, innovasiya və təşkilatın yanaşma tərzinin dəyişməsinə informasiya texnologiyalarının necə təsir etməsindən ibarət olub.

Seminar zamanı informasiya texnologiyaları, keyfiyyətin idarə olunması və məlumat mübadiləsi standartları sahəsində tədqiqatlar aparan mütəxəssislər tərəfindən maraqlı təqdimatlar edilib və müzakirələr aparılıb.

CAHANGİR



Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024