Tarix:30/04/14
“Bakcell” dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkət olan “Huawei” ilə əməkdaşlıq çərçivəsində xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem yaradacaq. Bu sistem xidmətin keyfiyyətinin təkmilləşdirilməsi, əməliyyat effektivliyinin artırılması və biznesin davamlı inkişafı üçün müştəri məmnuniyyətinin yüksəldilməsində “Bakcell” şirkətinə kömək edəcək.
Son illərdə “Bakcell”in strateji diqqəti şirkətin müştərilərə təqdim etdiyi bütün şəbəkə texnologiyaları və xidmətlərində müştəri təcrübəsinin və məmnuniyyətinin artırılmasına yönəlib. “Bakcell” şirkəti müştərilərini yüksəksəviyyəli təcrübə və ən üstün xidmət keyfiyyəti ilə təmin etmək məqsədilə son istifadəçi təcrübəsinin idarə edilməsinə sərmayə yatırır.
“Effektiv əməliyyat transformasiyası vasitəsilə “Bakcell” müştəri təcrübəsinin idarə edilməsi sisteminə qoyulan sərmayələrdən istifadə edərək müştəri təcrübəsini daim diqqət mərkəzində saxlayaraq Azərbaycanın telekommunikasiya bazarının liderinə çevriləcək”, - deyə “Bakcell” şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib.
“Huawei SmartCare®” sistemi multi-ölçülü səs və data xidmətlərinin qiymətləndirilməsi ilə yanaşı, real vaxt rejimində “E2E” multi-vendor şəbəkə keyfiyyətinin monitorinqini və təhlili mühitini təmin edir. Bu sistem Əsas Keyfiyyət Göstəricisi (ƏKG), VIP xidmət imkanları, korporativ istifadəçilər üçün Xidmət Səviyyəsinə dair Razılaşma, rouminq təhlili, şikayətlərin emalında yardım və GSM/UMTS/LTE şəbəkələri üçün digər əlavə funksiyaları təqdim edir.
“Huawei” “Bakcell” şirkətinin “SmartCare®” həllini seçdiyinə görə olduqca məmnundur və biz inanırıq ki, öz müştərilərini ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməkdə “Bakcell” şirkətinə köməklik edəcəyik”, - deyə “Huawei Azərbaycan” nümayəndəliyinin baş direktoru Quo Xiaobing bildirib.
RƏVAN
“Bakcell” şirkəti yeni Müştəri təcrübəsinin idarə edilməsi sistemini istifadəyə verir
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti öz müştərilərini ən yüksək keyfiyyətli şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə yeni Müştəri təcrübəsinin idarə edilməsi sisteminə sərmayə yatırır. Şirkət şəbəkə fəaliyyətində mövcud olan çatışmazlıqların intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həll edilməsi zamanı proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına imkan verən yeni mərhələyə qədəm qoydu.“Bakcell” dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkət olan “Huawei” ilə əməkdaşlıq çərçivəsində xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem yaradacaq. Bu sistem xidmətin keyfiyyətinin təkmilləşdirilməsi, əməliyyat effektivliyinin artırılması və biznesin davamlı inkişafı üçün müştəri məmnuniyyətinin yüksəldilməsində “Bakcell” şirkətinə kömək edəcək.
Son illərdə “Bakcell”in strateji diqqəti şirkətin müştərilərə təqdim etdiyi bütün şəbəkə texnologiyaları və xidmətlərində müştəri təcrübəsinin və məmnuniyyətinin artırılmasına yönəlib. “Bakcell” şirkəti müştərilərini yüksəksəviyyəli təcrübə və ən üstün xidmət keyfiyyəti ilə təmin etmək məqsədilə son istifadəçi təcrübəsinin idarə edilməsinə sərmayə yatırır.
“Effektiv əməliyyat transformasiyası vasitəsilə “Bakcell” müştəri təcrübəsinin idarə edilməsi sisteminə qoyulan sərmayələrdən istifadə edərək müştəri təcrübəsini daim diqqət mərkəzində saxlayaraq Azərbaycanın telekommunikasiya bazarının liderinə çevriləcək”, - deyə “Bakcell” şirkətinin baş texniki direktoru Yigit Berktaş bildirib.
“Huawei SmartCare®” sistemi multi-ölçülü səs və data xidmətlərinin qiymətləndirilməsi ilə yanaşı, real vaxt rejimində “E2E” multi-vendor şəbəkə keyfiyyətinin monitorinqini və təhlili mühitini təmin edir. Bu sistem Əsas Keyfiyyət Göstəricisi (ƏKG), VIP xidmət imkanları, korporativ istifadəçilər üçün Xidmət Səviyyəsinə dair Razılaşma, rouminq təhlili, şikayətlərin emalında yardım və GSM/UMTS/LTE şəbəkələri üçün digər əlavə funksiyaları təqdim edir.
“Huawei” “Bakcell” şirkətinin “SmartCare®” həllini seçdiyinə görə olduqca məmnundur və biz inanırıq ki, öz müştərilərini ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməkdə “Bakcell” şirkətinə köməklik edəcəyik”, - deyə “Huawei Azərbaycan” nümayəndəliyinin baş direktoru Quo Xiaobing bildirib.
RƏVAN
Baxış sayı: 885
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır