12px13px15px17px
Tarix:30/04/14

Regionlarda bir il ərzində genişzolaqlı internet istifadəçilərinin sayı 50 faiz artıb

“Aztelekom” İstehsalat Birliyinin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin  sayı son bir il ərzində 87700 istifadəçi və ya 50 faiz artaraq 200 mini keçib. 

“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə adıçəkilən birliyin baş direktoru Məhəmməd Məmmədov YAP-ın rəsmi saytına verdiyi müsahibəsində məlumat verib.

Baş direktor əlavə edib ki, hazırda hər 100 ailədən 17,4-ü, hər 100 abunəçidən 29,4-ü  genişzolaqlı  xidmətlərin  istifadəçisidir.

“2014-cü ilin mart  ayında  genişzolaqlı xidmətlərdən  əldə  edilən  gəlirlərin  ümumi  gəlirdə  xüsusi  çəkisi  33,5 faizə çatıb”, - deyə M.Məmmədov qeyd edib. 

CAHANGİR
 




Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024