Tarix:01/05/14
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov YAP-ın rəsmi saytına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, birliyin xidmət ərazisinə daxil olan rayon mərkəzlərində, qəsəbə və kəndlərdə stasionar telefona olan tələbatın ödənilməsi, bu sahədə vətəndaşlardan daxil olan müraciətlərin qısa müddətdə həll edilməsi və EATS-lərdə olan boş nömrələrin səmərəli istifadəsi məqsədilə yeni texnologiyaların tətbiqi nəzərə alınmaqla kabel materiallarına, digər köməkçi materiallara və avadanlıqlara olan tələbat barədə təkliflər işlənib hazırlanıb. Təkliflərdə cənab nazir tərəfindən bölgələrdə vətəndaşların qəbulu zamanı RYTN-ə olan müraciətlər ilk növbədə nəzərə alınıb. “Aztelekom” İstehsalat Birliyinin rayon telekommunikasiya qovşaqlarının ayrı-ayrı EATS-lərində olan boş tutumların istifadəyə verilməsi məqsədilə xətt şəbəkəsinin genişləndirilməsi, yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, əhalidən, yerli icra hakimiyyəti orqanlarından daxil olmuş müraciətlərin icrası məqsədilə ilkin mərhələdə 38 TKQ-nin xidmət ərazisində 205 obyektdə tikinti işlərinin aparılması müzakirə olunub.
Ümumilikdə 196 obyektdə xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işlərinə başlanılıb, 1 aprel 2014-cü il tarixədək 162 obyektdə işlər artıq başa çatıb.
CAHANGİR
Kəndlərdə stasionar telefona olan tələbatın ödənilməsi məqsədilə yeni texnologiyalar tətbiq edilir
Rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasovun ayrı-ayrı rayonlarda bölgə sakinləri ilə keçirdiyi qəbullar zamanı yeni EATS-lərin tikintisi və telefonlaşma ilə əlaqədar daxil olmuş müraciətlərə əsasən Şəmkir, Bərdə, Tər-Tər, Quba, Şabran rayonlarının ümumilikdə 7 yaşayış məntəqəsində yeni EATS-lər quraşdırılaraq fiber-optik kabellərlə dövrəyə alınıb, İsmayıllı TKQ-nin mərkəzi EATS-i ilə Lahıc kənd EATS-i arasında 20 km-dən artıq məsafədə fiber-optik kabel xətti çəkilərək istifadəyə verilib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov YAP-ın rəsmi saytına verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, birliyin xidmət ərazisinə daxil olan rayon mərkəzlərində, qəsəbə və kəndlərdə stasionar telefona olan tələbatın ödənilməsi, bu sahədə vətəndaşlardan daxil olan müraciətlərin qısa müddətdə həll edilməsi və EATS-lərdə olan boş nömrələrin səmərəli istifadəsi məqsədilə yeni texnologiyaların tətbiqi nəzərə alınmaqla kabel materiallarına, digər köməkçi materiallara və avadanlıqlara olan tələbat barədə təkliflər işlənib hazırlanıb. Təkliflərdə cənab nazir tərəfindən bölgələrdə vətəndaşların qəbulu zamanı RYTN-ə olan müraciətlər ilk növbədə nəzərə alınıb. “Aztelekom” İstehsalat Birliyinin rayon telekommunikasiya qovşaqlarının ayrı-ayrı EATS-lərində olan boş tutumların istifadəyə verilməsi məqsədilə xətt şəbəkəsinin genişləndirilməsi, yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, əhalidən, yerli icra hakimiyyəti orqanlarından daxil olmuş müraciətlərin icrası məqsədilə ilkin mərhələdə 38 TKQ-nin xidmət ərazisində 205 obyektdə tikinti işlərinin aparılması müzakirə olunub.
Ümumilikdə 196 obyektdə xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işlərinə başlanılıb, 1 aprel 2014-cü il tarixədək 162 obyektdə işlər artıq başa çatıb.
CAHANGİR
Baxış sayı: 771
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı