12px13px15px17px
Tarix:01/05/14

Aydın Əliyev: “Elektron hökumət” çərçivəsində sənədlərin qəbulunu sürətləndirəcəyik”

"Elektron hökumət" sahəsində bir sıra işlər görülüb. Xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirmək istəyirik". 
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlama verərkən söyləyib.
 
Komitə sədri bildirib ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçilərinin sayıqlığı daha da artırılmalı və bu sahədə modern texnologiyalar və üsullar öyrənilərək tətbiq olunmalıdır:
 
 "Azərbaycanda sahibkarlara dəstək olmaq və ölkənin iqtisadi təhlükəsizliyinin qorunması üçün gömrük orqanlarının qarşısında mühüm vəzifələr durur. Son 1 il ərzində gömrük orqanlarında tətbiq olunan yeni qaydalarla bağlı yeniliklər əldə edilib. Biz sahibkarlarla gömrük orqanlarının birgə fəaliyyəti üçün hökumət qarşısında müəyyən təkliflər vermişik. Bunlar qanunverici aktlarla bağlıdır. Yəni məcəllədə yüklərin sənədlərinin rəsmiləşdirilməsinin 72 saat ərzində başa çatdırılması ilə əlaqədardır. İkincisi də məcəllə ilə bağlıdır və bir az qlobaldır. Ölkə başçısının 1997-ci ildə "Xarici ticarətin daha da liberallaşdırılması ilə bağlı"  Fərmana ediləcək dəyişikliklərlə bağlıdır. Axırıncı ən vacib təklif isə gömrük orqanlarına təqdim olunan sənədlərlə bağlıdır. Bu sənədlərin qanun çərçivəsində təqdim olunması üçün verilən təkliflərin tənzimlənməsi təklif olunur. Bu, ən vacib məsələlərdən biridir".
 
Seymur



Baxış sayı: 801

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024