Tarix:01/05/14
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “iPod” pleyerlərində tətbiq edilən “Click Wheel” idarəetmə çarxı həcmli dairədən və onun kənarlarında yerləşən mexaniki düymələrdən ibarətdir. Çarxın konstruksiyası musiqilərin oxudulmasına, gurluğu idarə etməyə imkan verir.
57 yaşlı Norixiko Saytonun sözlərinə görə, “Click Wheel” mexanizmi hələ 1998-ci ildə onun tərəfindən hazırlanıb, 2006-ci ildə isə Yaponiyada patentlənib.
İdarəetmə çarxı ilə təchiz edilmiş “iPod” pleyerlərinin böyük satış həcminə əsaslanaraq ixtiraçı amerikalılardan 97 milyon dollar məbləğində kompensasiya tələb edib. Dairə Məhkəməsi ABŞ şirkətinin yalnız 3,3 milyon dollar məbləğ ödəməsi ilə bağlı qərar çıxarıb.
Emil Hüseynov
“Apple” Yaponiyada məhkəmədə uduzub
“Apple” şirkəti və yapon ixtiraçısı Norixiko Sayto arasında 7 il davam edən məhkəmə araşdırması ABŞ şirkətinin xeyrinə həllini tapmayıb. Yaponiyanın əqli mülkiyyət məsələləri üzrə Ali Məhkəməsi Tokio Dairə Məhkəməsinin qərarının qanuniliyini tanıyıb. Qərara əsasən, “Apple” şirkəti təqsirli bilinib. Söhbət “iPod” pleyerində Saytonun hazırlaması olan məşhur idarəetmə çarxından gedir.“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “iPod” pleyerlərində tətbiq edilən “Click Wheel” idarəetmə çarxı həcmli dairədən və onun kənarlarında yerləşən mexaniki düymələrdən ibarətdir. Çarxın konstruksiyası musiqilərin oxudulmasına, gurluğu idarə etməyə imkan verir.
57 yaşlı Norixiko Saytonun sözlərinə görə, “Click Wheel” mexanizmi hələ 1998-ci ildə onun tərəfindən hazırlanıb, 2006-ci ildə isə Yaponiyada patentlənib.
İdarəetmə çarxı ilə təchiz edilmiş “iPod” pleyerlərinin böyük satış həcminə əsaslanaraq ixtiraçı amerikalılardan 97 milyon dollar məbləğində kompensasiya tələb edib. Dairə Məhkəməsi ABŞ şirkətinin yalnız 3,3 milyon dollar məbləğ ödəməsi ilə bağlı qərar çıxarıb.
Emil Hüseynov
Baxış sayı: 614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır