12px13px15px17px
Tarix:01/05/14

“Onlayn fikir bankı”nda maraqlı ideya: “YouTube-dan tək mən yox, hər kəs qazansın”

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası məqsədilə Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə yaradılan “Onlayn fikir bankı”na daxil olan ideyaların bir istiqaməti də “Rabitə və telekommunikasiya”
sahəsidir.
 
Bu kateqoriya üzrə bankda yer alan maraqlı ideyalardan biri “YouTube-dan tək mən yox, hər kəs qazansın” mövzusunda “Eldar Ahmads” adlı internet istifadəçisindən daxil olub. Fikir və ideyanın geniş təsvirindən söz açan müəllif qeyd edir ki, sözügedən ideyadan daimi əmək fəaliyyəti ilə məşğul olmayan işsizlər faydalana bilərlər: “İnternetdə gəlir əldə etməyin müxtəlif yolları var. Bunlardan biri və çox sərfəlisi, mən deyərdim ki, “YouTube” kanalıdır. Təəssüflər olsun ki, burada qazanc əldə etməyin necə mümkün olması çoxuna məlum deyil”.
 
 
Ümumi strukturu təsvir edən ideya müəllifi mərhələləri sadalayıb. Belə ki, ilk növbədə “YouTube”-da qeydiyyatdan keçib özünüzə kanal açırsınız. İkinci addımda “www.Google.com/Adsense” saytında özünüzə “Adsens” hesab açırsınız. Nəhayət, kanala daxil olub “Ayarlar” bölümündən “Pul qazanma”nı aktiv edirsiniz və “Adsens” hesabınızı kanala bağlayırsınız.
 
Bəs “YouTube” necə qazanc gətirir? Buna da aydınlıq gətirən Eldar qeyd edir ki, hər videoda 10 saniyədən sonra reklamlar çıxır: “Bu reklamları verənlər, məsələn, hər klikə görə reklam şirkətinə 5 sent ödəyirsə, “YouTube” bunun 2 sentini kimin kanalından “klik” olunubsa, həmin şəxsə verir. Videoya nə qədər çox baxış sayı olarsa, reklamların kliklənmə ehtimalı o qədər artır, yəni “nə qədər çox baxış = o qədər çox “klik” = o qədər çox qazanma”.
 
Bəs bir gün ərzində bu yolla təxminən nə qədər qazanc əldə etmək mümkündür? Bu sualı öz şəxsi təcrübəsinə əsaslanaraq cavablandıran müəllif deyir:
 
 “Şəxsən mənim 3 ədəd kanalım var. Üçünə cəmi gün ərzində təxminən 25-30.000 baxış olur və bu baxışlardan da orta hesabla 400-550 “klik” yaranır. Bəzən isə daha çox, məsələn, 700 olur. Bu gedişlə bir günə 8-14 avro arası qazanmaq mümkündür”. Qazanılan pulları hesabdan çıxarmağa gəlincə, pullar aybaay ödənilir: “Hər ayın 15-dən sonra “Adsens” hesabınızda qeyd etdiyiniz poçt adresinizə “Google” çek göndərir. Bu çeki poçtdan götürdükdən sonra “Bank Standard” və digər bir neçə bankda nağdlaşdıra bilərsiniz”.
 
 
Qeyd edək ki, “Onlayn fikir bankı” informasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi məqsədini daşıyır. Gənclərin irəli sürdükləri fikir və ideyalar açıq istifadə üçün saytda yerləşdirilir. Bu təkliflərdən bütün cəmiyyət, o cümlədən dövlət, beynəlxalq və özəl təşkilatlar faydalana bilərlər. Veb-saytda “Ayın qalibi” adlı xüsusi bölmə də yaradılıb və qaliblər hər ay üzrə Gənclər və İdman Nazirliyinin və tərəfdaş təşkilatların diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılırlar.
 
 “Hər şey ideyadan başlayır” devizi altında fəaliyyət göstərən fikir bankına – veb-sayta 14 yaşından başlayaraq Azərbaycan Respublikasının vətəndaşı olan yeniyetmə və gənclər öz fikir və ideyalarını göndərə bilər. İstifadəçilər tərəfindən göndərilən fikir və ideyalar təmənnasız xarakter daşıyır. Başqa sözlə, istifadəçilər öz fikir və ideyalarını təmənnasız olaraq bölüşürlər. Veb-sayt sosial xidmətlər, iqtisadiyyat, təhsil, milli-mədəni irs, turizm, mədəniyyət, əyləncə, nəqliyyat, media, rabitə və telekommunikasiya, tibb və sağlamlıq, ətraf mühit kimi kateqoriyalar üzrə fikir və ideyaları qəbul edir.
 
Saytda yalnız qeydiyyatdan keçən gənclər öz fikir və ideyalarını bölüşə, sosial şəbəkələrdə qeydiyyatdan keçmiş istifadəçilər isə istənilən fikir və ideyaya münasibətlərini bildirə bilərlər. İstənilən kateqoriyadan birini əhatə edən fikir və ideyalar sayt vasitəsilə, müvafiq formanı dolduraraq və ya DOC, PPT, PDF, AVİ sənəd formasında (DOC və PDF sənəd - A4, 12 şrift, ARİAL, 2-4 səhifə, PPT sənəd – 6-20 slayd) qəbul edilir.
 
Veb-sayta göndərilən fikir və ideya ilk növbədə xüsusi Ekspert Şurası tərəfindən nəzərdən keçirilir və öz təsdiqini tapdıqdan sonra saytın müvafiq səhifəsində yerləşdirilir. Sayta daxil edilən fikir və ideya Ekspert Şurası tərəfindən 1-6 gün ərzində yoxlanıla bilər. Ekspert Şurası tərəfindən qəbul edilməyən və bununla əlaqədar olaraq veb-saytda yerləşdirilməyən fikir və ideyanın qəbul olunmaması səbəbləri müəllifə açıqlanmaya bilər.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1259

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 İyun 2020

05/06/20
Dünyada ən yığcam şırnaqlı printer təqdim edilib

“Selpic” şirkəti yığcam çap texnikalarının istehsalçısı kimi tanınır. Bu yaxınlarda şirkət tərəfindən təq

05/06/20
Bill Qeyts bəşəriyyətin çipləşdirilməsi ilə bağlı ittihamlara cavab verib

“Microsoft” korporasiyasının təsisçisi, milyarder və filantrop Bill Qeyts vaksinləşdirmə vasitəsilə bəşər

05/06/20
Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayo

05/06/20
Gecəgörmə kameralı ilk smartfon işıq üzü görüb

“Oukitel” şirkəti infraqırmızı gecəgörmə kamerası ilə təchiz edilən “Oukitel WP7” adlı dünyanın ilk smart

05/06/20
“iPhone” üçün fırıldaqçı proqramlar aşkar edilib

“AppStore” internet mağazasında 3 fırıldaqçı VPN proqram aşkar edilib. “Avast” şirkətinin

05/06/20
“Windows 7” sisteminin bazar payı açıqlanıb

Genişləndirilmiş dəstəyi 14 yanvar 2020-ci ildə dayandırılan “Windows 7” ən populyar əməliyyat sistemləri

05/06/20
“Honor 8S” smartfonu nümayiş olunub

Çinin texnoloji nəhəngi “Huawei” Böyük Britaniyada “Honor 8S” smartfonunu təqdim edib. Ucuz qurğular si

04 06 2020

04/06/20
“SpaceX” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb

“Falcon 9” raketdaşıyıcısı “Starlink” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada