Tarix:01/05/14
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında birinci yeri qətiyyətlə tutan “Bakinternet”in payı cüzi artaraq 20,23% təşkil edir.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Aztelekom”, “Uninet”, “Azeronline”, “DataPlus” şirkətlərinin kəskin rəqabəti ötən ay da davam edib və bunun nəticəsində “Aztelecom” öz mövqeyini “Uninet” şirkətinə verməli olub. Belə ki, son bir ay ərzində “Aztelekom”un payı o qədər azalmasa da, 12,34% təşkil edib, lakin “Uninet”in payı artaraq 14,32% təşkil edib və nəticədə şirkətlər yerlərini dəyişməli olublar. “Azeronline”nın bazar payı azalaraq 9,72%, “Dataplus” şirkətinin bazar payı 6,6%, “Connect” şirkətinin bazar payı 6,08% təşkil edib.
Onların ardınca 3,6% bazar payı ilə “Ultel”, 3,5% “Castel”, 3,4% “Adanet”, 3,09% “Azstarnet”, 2,6% “Azqtel”, 2,3 “Smart”, 1,9% “Avirtel”, 1,6% “Azeurotel”, 1,4% “Nakhchivan”, 1,05% “Transeurocom”, 1,03% Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi qərarlaşıblar. Bu arada qeyd etmək lazımdır ki, “Ultel”, “Castel”, “Azeurotel”, “Transeurocom” və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi son bir ayda xeyli irəliləyiş nümayiş ediblər. Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.
Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
Azərbaycan internet xidmətləri bazarında dəyişikliklər müşahidə olunur
Azərbaycan internet xidmətləri bazarında özəl şirkətlər öz mövqelərini gücləndirirlər.“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında birinci yeri qətiyyətlə tutan “Bakinternet”in payı cüzi artaraq 20,23% təşkil edir.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Aztelekom”, “Uninet”, “Azeronline”, “DataPlus” şirkətlərinin kəskin rəqabəti ötən ay da davam edib və bunun nəticəsində “Aztelecom” öz mövqeyini “Uninet” şirkətinə verməli olub. Belə ki, son bir ay ərzində “Aztelekom”un payı o qədər azalmasa da, 12,34% təşkil edib, lakin “Uninet”in payı artaraq 14,32% təşkil edib və nəticədə şirkətlər yerlərini dəyişməli olublar. “Azeronline”nın bazar payı azalaraq 9,72%, “Dataplus” şirkətinin bazar payı 6,6%, “Connect” şirkətinin bazar payı 6,08% təşkil edib.
Onların ardınca 3,6% bazar payı ilə “Ultel”, 3,5% “Castel”, 3,4% “Adanet”, 3,09% “Azstarnet”, 2,6% “Azqtel”, 2,3 “Smart”, 1,9% “Avirtel”, 1,6% “Azeurotel”, 1,4% “Nakhchivan”, 1,05% “Transeurocom”, 1,03% Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi qərarlaşıblar. Bu arada qeyd etmək lazımdır ki, “Ultel”, “Castel”, “Azeurotel”, “Transeurocom” və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi son bir ayda xeyli irəliləyiş nümayiş ediblər. Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.
Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
Baxış sayı: 741
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib