Tarix:02/05/14
“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, artıq “Snapchat” istifadəçiləri mesajlaşa, onlara şəkil və videoçarxlar birləşdirə bilərlər. Mətn çatının pəncərəsində, həmçinin videozəng funksiyası əlçatandır.
Zəng yalnız o biri istifadəçi mesaj oxuduqda (mesaj göndərmə düyməsinin rəngi göy olur) edilə bilər. Zəng zamanı həmsöhbətlər videozəngi davam etdirmək üçün barmaqlarını daima smartfonun ekranında saxlamalıdırlar. Barmağı ekrandan çəkdikdə həmsöhbətin smartfonunda təsvir yoxa çıxacaq. Zəngdən sonra yazışma tarixçəsi silinir, amma vacib mesajları öncədən saxlamaq olar.
“Snapchat” 2011-ci ilin sentyabrında işə salınmış fotomessencerdir. “Snapchat” istifadəçiləri əvvəllər imzalı şəkillərlə mesajlaşırdılar. Fotomesajlar 10 saniyə ərzində avtomatik silinirdi. 2013-cü ilin sonunda “Snapchat”ın aktiv istifadəçilərinin sayı 30-40 milyon olub. Onlar gündəlik təxminən 350 milyon şəkil göndəriblər. Tətbiqin istifadəçilərinin 80%-i ABŞ ərazisində yaşayır. 2013-cü ilin noyabrında “Facebook” messenceri 3 milyard dollara satın almaq istəsə də, buna nail olmayıb.
Emil Hüseynov
“Snapchat” tətbiqində mətn mesajları və videozənglər əlçatan olub
Özü silinən fotomesaj mübadiləsi üçün messencerdə mətn çatı və videozəng funksiyaları işə salınıb.“ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, artıq “Snapchat” istifadəçiləri mesajlaşa, onlara şəkil və videoçarxlar birləşdirə bilərlər. Mətn çatının pəncərəsində, həmçinin videozəng funksiyası əlçatandır.
Zəng yalnız o biri istifadəçi mesaj oxuduqda (mesaj göndərmə düyməsinin rəngi göy olur) edilə bilər. Zəng zamanı həmsöhbətlər videozəngi davam etdirmək üçün barmaqlarını daima smartfonun ekranında saxlamalıdırlar. Barmağı ekrandan çəkdikdə həmsöhbətin smartfonunda təsvir yoxa çıxacaq. Zəngdən sonra yazışma tarixçəsi silinir, amma vacib mesajları öncədən saxlamaq olar.
“Snapchat” 2011-ci ilin sentyabrında işə salınmış fotomessencerdir. “Snapchat” istifadəçiləri əvvəllər imzalı şəkillərlə mesajlaşırdılar. Fotomesajlar 10 saniyə ərzində avtomatik silinirdi. 2013-cü ilin sonunda “Snapchat”ın aktiv istifadəçilərinin sayı 30-40 milyon olub. Onlar gündəlik təxminən 350 milyon şəkil göndəriblər. Tətbiqin istifadəçilərinin 80%-i ABŞ ərazisində yaşayır. 2013-cü ilin noyabrında “Facebook” messenceri 3 milyard dollara satın almaq istəsə də, buna nail olmayıb.
Emil Hüseynov
Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib