12px13px15px17px
Tarix:02/05/14

Stiv Cobs “Google”u necə məhv etmək istəyirdi?

“Intel” şirkətinin keçmiş vitse-prezidenti Avram Miller bloqunda maraqlı informasiya bölüşüb. O deyib ki, Stiv Cobs axtarış sisteminin yaradılması ilə bağlı məxfi layihənin hazırlanması ilə məşğul olub. Məqsəd “Apple”ın əsas rəqibi “Google” şirkətini məhv etmək olub.
 
Miller yazır ki, “Google” şirkəti  “Android” əməliyyat sistemini hazırlamağa başladıqdan sonra Stiv Cobs öz qisas həllini hazırlamağa qərar verib. Axtarış nəhəngi “Apple” ilə mübarizədə smartfon bazarını hədəf seçdiyinə görə Cobs da internet nəhənginə axtarış bazarında çağırış etməyə qərar vermişdi.
 
“ICTnews" elektron xəbər xidməti “appleinsider.ru” saytına istinadən bildirir ki, o zaman “Apple” rəhbərliyi ilə sıx ünsiyyət saxlamış Miller iddia edir ki, Stiv yeni “Found” ("Tapılmış") layihəsini işə salmaq istəyirdi ki, bu da  Şmidt və onun şirkətinə dağıdıcı zərbə vurmalı idi. Bundan başqa, Cobsun qiymətləndirməsinə görə, layihə təxminən 2015-ci ildə istifadəyə verilməli idi. Bu vaxtadək yaşamayacağını bilən Stiv, hətta bu layihənin əhəmiyyətini vurğulayan videomüraciət də çəkib.
 
Müəllifin sözlərinə görə, “Found” layihəsi süni intellektin tədqiqində müəyyən uğurlar əldə etmiş İsrail aliminin həllinə əsaslanıb. Sözügedən texnologiyaya əsaslanan axtarış sistemi “Google” ilə müqayisədə daha  intuitiv, sadə və dəqiqdir.
 
Bu məlumat Avram Millerin "Gələcək texnologiyaların tarixi" kitabından götürülüb. Kitabda texnologiya şirkətlərinin gələcəyi ilə bağlı müəllifin fikirləri öz əksini tapıb. Avram proqnoz verib ki, “Found” layihəsi 2015-ci ildə ictimaiyyətə təqdim ediləcək və bundan sonra “Google”un səhmlərinin qiyməti 30% azalacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024