Tarix:02/05/14
“Hamı harada olmağından asılı olmayaraq, hətta 10 min metr hündürlükdə olanda belə yüksəksürətli və etibarlı mobil internetə çıxış əldə etmək istəyir. Biz bu servisin aviasiya sənayesində rabitə prinsiplərini dəyişəcəyini gözləyirik: biz səmanı mobil şəbəkəyə qoşacağıq”, - “AT&T Operations” şirkətinin prezidenti və icraçı direktoru Con Stenki deyib.
Yeni layihədə sürəti 70 Mbit/saniyəyədək (hazırda ABŞ-da “air-to-ground” xidmətinin (təyyarə ilə yerdə və səmada əlaqə üçün rabitə vasitəsi) sürəti 9,8 Mbit/saniyə təşkil edir) təmin edən ikidiaqramlı istiqamətə malik antenadan istifadə olunacaq.
“Honeywell” nümayəndələrinin sözlərinə görə, "AT&T” sistemi hazırkı sistemlərdən daha yüksək sürəti və daha yaxşı əhatəni təmin edəcək. “AT&T” təmsilçiləri qeyd edirlər ki, aviasiyada “Wi-Fi” şəbəkələrinin inkişafı onların müxtəlif obyektlərin rabitə ilə təmini üzrə strategiyasının bir hissəsini təşkil edir. “AT&T” ABŞ-da 116 milyon abunəçiyə malikdir. Uçuşda internetlə təmin edilmə üzrə sistemlərin genişlənməsi son altı ildə (2008-2013) simli və simsiz şəbəkələrə 140 milyard dollar investisiya yatıran şirkət üçün məntiqli addım hesab edilir.
Hava gəmilərinin pilotları, ekipaj üzvləri və bort kompüterlərinin diaqnostik sistemləri arasında rabitəni yaxşılaşdıran aviadaşıyıcılar real vaxt rejimində hava şəraitini izləyə və təyyarələrin cari vəziyyəti barədə hesabatlar göndərə biləcəklər. Bundan başqa, hava gəmiləri mümkün sıradan çıxma halları ilə bağlı məlumatları daha tez göndərmək imkanı əldə edəcəklər ki, bunun da nəticəsində onları eniş zolağında lazımi ehtiyat hissələri ilə təmin etmək mümkün olacaq. Həmçinin təyyarələrin hərəkət istiqamətlərini və onların yoxa çıxması hallarını izləmək daha asan olacaq, - "CNews www.cnews.ru” yazır.
ABŞ təyyarələri yüksəksürətli internetlə təchiz olunacaq
ABŞ-ın “AT&T” telekommunikasiya operator və "Honeywell” avtomatlaşdırma avadanlığı istehsalçısı təyyarələri yüksəksürətli internetlə təchiz etmək üçün səylərini birləşdirir. Layihə “AT&T”-nin “4G LTE” şəbəkəsi və “Honeywell”ın avtomatlaşdırma və aparat təminatı sistemləri bazasında yaradılacaq. 2015-ci ilin sonunda hazır olacaq servisə həm rabitə səviyyəsini artırmağa çalışan aviadaşıyıcılar, həm də bütün sərnişin kateqoriyaları arasında tələbatın olacağı gözlənilir.“Hamı harada olmağından asılı olmayaraq, hətta 10 min metr hündürlükdə olanda belə yüksəksürətli və etibarlı mobil internetə çıxış əldə etmək istəyir. Biz bu servisin aviasiya sənayesində rabitə prinsiplərini dəyişəcəyini gözləyirik: biz səmanı mobil şəbəkəyə qoşacağıq”, - “AT&T Operations” şirkətinin prezidenti və icraçı direktoru Con Stenki deyib.
Yeni layihədə sürəti 70 Mbit/saniyəyədək (hazırda ABŞ-da “air-to-ground” xidmətinin (təyyarə ilə yerdə və səmada əlaqə üçün rabitə vasitəsi) sürəti 9,8 Mbit/saniyə təşkil edir) təmin edən ikidiaqramlı istiqamətə malik antenadan istifadə olunacaq.
“Honeywell” nümayəndələrinin sözlərinə görə, "AT&T” sistemi hazırkı sistemlərdən daha yüksək sürəti və daha yaxşı əhatəni təmin edəcək. “AT&T” təmsilçiləri qeyd edirlər ki, aviasiyada “Wi-Fi” şəbəkələrinin inkişafı onların müxtəlif obyektlərin rabitə ilə təmini üzrə strategiyasının bir hissəsini təşkil edir. “AT&T” ABŞ-da 116 milyon abunəçiyə malikdir. Uçuşda internetlə təmin edilmə üzrə sistemlərin genişlənməsi son altı ildə (2008-2013) simli və simsiz şəbəkələrə 140 milyard dollar investisiya yatıran şirkət üçün məntiqli addım hesab edilir.
Hava gəmilərinin pilotları, ekipaj üzvləri və bort kompüterlərinin diaqnostik sistemləri arasında rabitəni yaxşılaşdıran aviadaşıyıcılar real vaxt rejimində hava şəraitini izləyə və təyyarələrin cari vəziyyəti barədə hesabatlar göndərə biləcəklər. Bundan başqa, hava gəmiləri mümkün sıradan çıxma halları ilə bağlı məlumatları daha tez göndərmək imkanı əldə edəcəklər ki, bunun da nəticəsində onları eniş zolağında lazımi ehtiyat hissələri ilə təmin etmək mümkün olacaq. Həmçinin təyyarələrin hərəkət istiqamətlərini və onların yoxa çıxması hallarını izləmək daha asan olacaq, - "CNews www.cnews.ru” yazır.
Baxış sayı: 922
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib