Tarix:02/05/14
BTRİB-in texnika üzrə baş mütəxəssisi Elman Qədirovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu layihə çərçivəsində artıq “Cisco” şirkətinin ən müasir avadanlıqları alınaraq mərhələli şəkildə tətbiq edilməsinə başlanılıb.
Layihə çərçivəsində görülən işlər nəticəsində platforma üzərindən hazırkı 128 min nəfər əvəzinə, eyni zamanda, 250 min istifadəçi internetə çıxış imkanına malik olacaq.
Platformanın internetə qoşulma sürəti 100 GB/s təşkil edəcək, bu da gələcəkdə internet istifadəçilərinə ayrılmış xətlər üzərindən yüksəksürətli keyfiyyətli internet xidmətlərinə çıxış əldə etməyə imkan verəcək.
“Hazırda isə biz yalnız ADSL texnologiyası üzərindən 8-10 Mbit/s sürətlə internetə çıxış xidmətləri göstərə bilirik və bu xidmətləri internet-klublar aldıqda son istifadəçilərinə maksimum 1 Mbit/s sürətlə internetə çıxış xidmətləri təqdim edə bilirlər. Gələcəkdə isə fiber-optik kabellər vasitəsi ilə istifadəçilərə daha geniş imkanlar təqdim ediləcək. Hazırda BTRİB-in şəbəkəsindən istifadə edən abunəçilərin 99%-i ADSL texnologiyası üzərindən internetə qoşulurlar. Bu 1-2% istifadəçi əsasən korporativ sektoru təmsil edir, fiziki şəxslər üçün ayrılmış xətt üzərindən internetə çıxmaq sərf etmir. Çünki onlar internetə qoşulma və aylıq abunə haqqı ilə yanaşı, kabelin çəkilməsi xərclərini də özləri çəkməlidirlər”,- deyə o bildirib.
E. Qədirovun sözlərinə əsasən, layihənin əsas məqsədi ölkədə artıq tükənən “İPv4” internet ünvanlarının yeni və daha geniş imkanlara malik olan alternativini “İPv6” internet ünvanları təqdim edəcək platformanı yaratmaqdır.
“Bizim yaratdığımız platforma həm “İPv4”, həm də “İPv6” platformalarını dəstəkləyir. Bu baxımdan, gələcəkdə üst standarta keçid daha asan olacaq. Yaxın iki ay ərzində biz platformanın üzərində apardığımız işləri başa çatdıracağıq”,- deyə o qeyd edib.
Aynur Vəliyeva
“Bakinternet” “İPv6” standartını dəstəkləyən platforma formalaşdırır
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Bakinternet” provayderinin platformasının genişləndirilməsi işlərinə başlayıb.BTRİB-in texnika üzrə baş mütəxəssisi Elman Qədirovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda bu layihə çərçivəsində artıq “Cisco” şirkətinin ən müasir avadanlıqları alınaraq mərhələli şəkildə tətbiq edilməsinə başlanılıb.
Layihə çərçivəsində görülən işlər nəticəsində platforma üzərindən hazırkı 128 min nəfər əvəzinə, eyni zamanda, 250 min istifadəçi internetə çıxış imkanına malik olacaq.
Platformanın internetə qoşulma sürəti 100 GB/s təşkil edəcək, bu da gələcəkdə internet istifadəçilərinə ayrılmış xətlər üzərindən yüksəksürətli keyfiyyətli internet xidmətlərinə çıxış əldə etməyə imkan verəcək.
“Hazırda isə biz yalnız ADSL texnologiyası üzərindən 8-10 Mbit/s sürətlə internetə çıxış xidmətləri göstərə bilirik və bu xidmətləri internet-klublar aldıqda son istifadəçilərinə maksimum 1 Mbit/s sürətlə internetə çıxış xidmətləri təqdim edə bilirlər. Gələcəkdə isə fiber-optik kabellər vasitəsi ilə istifadəçilərə daha geniş imkanlar təqdim ediləcək. Hazırda BTRİB-in şəbəkəsindən istifadə edən abunəçilərin 99%-i ADSL texnologiyası üzərindən internetə qoşulurlar. Bu 1-2% istifadəçi əsasən korporativ sektoru təmsil edir, fiziki şəxslər üçün ayrılmış xətt üzərindən internetə çıxmaq sərf etmir. Çünki onlar internetə qoşulma və aylıq abunə haqqı ilə yanaşı, kabelin çəkilməsi xərclərini də özləri çəkməlidirlər”,- deyə o bildirib.
E. Qədirovun sözlərinə əsasən, layihənin əsas məqsədi ölkədə artıq tükənən “İPv4” internet ünvanlarının yeni və daha geniş imkanlara malik olan alternativini “İPv6” internet ünvanları təqdim edəcək platformanı yaratmaqdır.
“Bizim yaratdığımız platforma həm “İPv4”, həm də “İPv6” platformalarını dəstəkləyir. Bu baxımdan, gələcəkdə üst standarta keçid daha asan olacaq. Yaxın iki ay ərzində biz platformanın üzərində apardığımız işləri başa çatdıracağıq”,- deyə o qeyd edib.
Aynur Vəliyeva
Baxış sayı: 1045
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib