12px13px15px17px
Tarix:03/05/14

“Samsung” iki patentin pozuntusuna görə ABŞ istehsalçısına 120 milyon dollar ödəyəcək

ABŞ-ın Kaliforniya ştatının Federal Məhkəməsi Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin mobil qurğuların hazırlanması zamanı "Apple" şirkətinin iki patentini pozması barədə qərar çıxarıb. Bu barədə yerli KİV məlumat verib.

Söhbət məlumatların sinxronlaşdırılması patenti və "slide to unlock" funksiyası üçün patent hüququndan gedir.

Məhkəmə "Samsung"un 119 milyon 625 min dollar cərimə olunaraq "Apple"a ödənilməsi barədə qərar verib. Müdafiə tərəfi 2,2 milyard dollar məbləğində kompensasiyanın ödənilməsinə təkid edib.
Bununla yanaşı, məhkəmə "Apple"ın da "Samsung"a məxsus fotokamera fayllarının işinə aid patentlərinin birini pozmasını bəyan edərək Cənubi Koreya istehsalçısına 158,4 min dollar kompensasiyanın ödənilməsi barədə qərar çıxarıb.  

2012-ci ilin avqustunda məhkəmə "Samsung"un əsas rəqibinin bir neçə patentini pozmasını bildirib və 1,05 milyard dollar məbləğində kompensasiya ödənilməsini təyin edib. Lakin sonradan bu məbləğ 405 milyon dollaradək azaldılıb və iş yenidən baxılması üçün məhkəməyə göndərilib, - "İTAR-TASS www.itar-tass.com" yazır.  




Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024