12px13px15px17px
Tarix:03/05/14

“Startup Azərbaycan” layihəsi çərçivəsində ADA Universitetində görüş keçirilib

 Startup Azərbaycan” layihəsi çərçivəsində ADA Universitetində görüş keçirilib.

ADA Universitetinin müəllim və tələbələrinin qatıldığı toplantıda  “Startup Azərbaycan” komandasının üzvləri, startup sahibləri və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) nümayəndələri iştirak ediblər.

“Startup Azərbaycan” Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq onun məqsədi, “Startup Azərbaycan” layihəsi və Startup Müsabiqəsi haqqında geniş məlumat verib.

Görüşdə İTİDF-nın  icraçı direktorunun müavini Azər Bayramov  çıxış edərək  İnternet biznesi sahəsində mövcud vəziyyət, İT layihələrə dövlət dəstəyi, Fond tərəfindən elan edilən Qrant müsabiqəsi haqqında məlumat verib.

Toplantıda, həmçinin “Startup Azərbaycan” komandasının üzvü, hazırda ABŞ-da Silikon Vadisində İnternet-bizneslə məşğul olan Qərib Mehdiyev, “İnfiPro” şirkətinin rəhbəri Eldar Abbasov, ADA Universitetinin departament rəhbəri Rahid Ələkbərli İnternet-biznes və startuplar sahəsində uğurlu biznes qurmaqla bağlı və bu sahədəki müasir trendlərlə bağlı məlumat veriblər.






Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024