Tarix:19/08/11
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasını giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən imzalanmış bu Fərmanın məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyalarından istifadə edilərək yeni formada təşkilinə, mümkün bürokratik əngəllərin, korrupsiya hallarının aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığının artırılmasına xidmət edən vacib sənəd olduğunu bildirmiş, bu Fərmanın icrasının təmin edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanı, həmçinin bu Fərmanın icrasının əlaqələndiricisi kimi həyata keçirilən tədbirlərdən danışdı.
Kollegiyada Fərmanın icra vəziyyəti ilə bağlı çıxışlarda qeyd olundu ki, Fərmanın icrasını təmin etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə digər mərkəzi icra hakimiyyəti orqanları arasında səmərəli fəaliyyət təşkil olunmuş və elektron xidmətlərin təşkili istiqamətində bir sıra işlər görülmüşdür.
Elektron xidmətlərin göstərilməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə Qaydaların və nümunəvi inzibati reqlamentin işlənilməsi həyata keçirilmiş, göstəriləcək elektron xidmətlərin siyahısı müəyyənləşdirilmiş və Nazirlər Kabinetinə təqdim edilmişdir. Dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün infrastrukturun hazırlığı, elektron hökumət portalının yaradılması, dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün işlərin aparıldığı, artıq 8 dövlət orqanı ilə elektron xidmətlərin işlənilməsi və onların elektron hökumət portalına qoşulması üzrə tədbirlərin həyata keçirildiyi qeyd olundu.
Kollegiyada nazirlik və tabeliyindəki qurumlar tərəfindən əhaliyə göstərilən, xüsusən də telefon, İnternet, poçt xidmətləri sahəsində yaradılmış elektron xidmətlər nümayiş etdirildi.
Nazir Ə.Abbasov Kollegiyada yekun çıxışda elektron xidmətlərin təşkili üzrə bu mərhələdə görülən işlərin davam etdirilməsi, daha da genişləndirilməsi və əhaliyə göstərilən elektron xidmətlərin icrasına nəzarətin təmin edilməsi, eyni zamanda, elektron xidmətlərin informasiya təhlükəsizliyinə diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd etdi. Həmçinin, Fərmanın icrası ilə bağlı digər mərkəzi icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətin davam etdirilməsini xüsusi vurğuladı.
RİTN-də elektron xidmətlərin göstərilməsi ilə bağlı kollegiya iclası keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli Fərmanının icra vəziyyətinin müzakirəsinə həsr olunmuş Kollegiya iclası keçirilmişdir.Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasını giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən imzalanmış bu Fərmanın məmur-vətəndaş münasibətlərinin informasiya texnologiyalarından istifadə edilərək yeni formada təşkilinə, mümkün bürokratik əngəllərin, korrupsiya hallarının aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyi və şəffaflığının artırılmasına xidmət edən vacib sənəd olduğunu bildirmiş, bu Fərmanın icrasının təmin edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanı, həmçinin bu Fərmanın icrasının əlaqələndiricisi kimi həyata keçirilən tədbirlərdən danışdı.
Kollegiyada Fərmanın icra vəziyyəti ilə bağlı çıxışlarda qeyd olundu ki, Fərmanın icrasını təmin etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə digər mərkəzi icra hakimiyyəti orqanları arasında səmərəli fəaliyyət təşkil olunmuş və elektron xidmətlərin təşkili istiqamətində bir sıra işlər görülmüşdür.
Elektron xidmətlərin göstərilməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə Qaydaların və nümunəvi inzibati reqlamentin işlənilməsi həyata keçirilmiş, göstəriləcək elektron xidmətlərin siyahısı müəyyənləşdirilmiş və Nazirlər Kabinetinə təqdim edilmişdir. Dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün infrastrukturun hazırlığı, elektron hökumət portalının yaradılması, dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün işlərin aparıldığı, artıq 8 dövlət orqanı ilə elektron xidmətlərin işlənilməsi və onların elektron hökumət portalına qoşulması üzrə tədbirlərin həyata keçirildiyi qeyd olundu.
Kollegiyada nazirlik və tabeliyindəki qurumlar tərəfindən əhaliyə göstərilən, xüsusən də telefon, İnternet, poçt xidmətləri sahəsində yaradılmış elektron xidmətlər nümayiş etdirildi.
Nazir Ə.Abbasov Kollegiyada yekun çıxışda elektron xidmətlərin təşkili üzrə bu mərhələdə görülən işlərin davam etdirilməsi, daha da genişləndirilməsi və əhaliyə göstərilən elektron xidmətlərin icrasına nəzarətin təmin edilməsi, eyni zamanda, elektron xidmətlərin informasiya təhlükəsizliyinə diqqət yetirilməsinin vacibliyini xüsusi qeyd etdi. Həmçinin, Fərmanın icrası ilə bağlı digər mərkəzi icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətin davam etdirilməsini xüsusi vurğuladı.
Baxış sayı: 1357
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı