12px13px15px17px
Tarix:03/05/14

Ölkəmizdə "Facebook"dan 1 milyon 360 min nəfər istifadə edir

"Global Stats" statistika mərkəzi 2014-cü ilin yanvar-aprel ayları üzrə  sosial şəbəkə istifadəçilərinin sayı ilə bağlı hesabat təqdim edib.

Mərkəzin məlumatına görə,
hazırda Azərbaycanda "Facebook" sosial şəbəkəsindən  1 milyon 360 min nəfər istifadə edir.  Belə ki, 2014-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,48% artıb.

Beləliklə,  ötən ilin eyni dövrü ilə müqayisədə "Facebook" istifadəçilərinin sayında   3,15% artım qeydə alınıb.

Qeyd edək ki, "Facebook" Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63%-dir.

"Global Stats"ın statistikasına əsasən, yanvar-aprel aylarında ölkəmizdə  "YouTube" videohostinqinin istifadəçilərinin sayı isə 30,54% artıb.  Belə ki, "YouTube"-un Azərbaycanda bazar payı 8,59% təşkil edir.






Baxış sayı: 908

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024