12px13px15px17px
Tarix:03/05/14

Azərbaycan startupları haqqında videoməlumatlar toplanır

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, startuplara dövlət səviyyəsində geniş imkanların yaradılması, onların maliyyə qaynaqlarının formalaşdırılması və biznes-ideyalarını genişləndirmək üçün lazimi şəraitin qurulması bu sahədə fəaliyyət göstərən informasiya mənbələrinin də çoxalmasına səbəb olub.
 
 "ICTnews" xəbər xidmətinin məlumatına görə, ölkədə bu istiqamətdə yeni videosayt yaradılıb. Belə ki, yeni portal Azərbaycan ərazisində fəaliyyət göstərən yerli startuplar və eləcə də bu sahədə dünyada baş verən yenilikləri video formatda paylaşacaq. "Startup TV" (http://startuptv.az ) adlı yeni videoportalın yaradıcısı Orxan Abbasovun verdiyi məlumata əsasən, "Startup TV-nin yaradılmasında əsas məqsəd ölkədə startup bizneslərini cəmiyyətə daha yaxından tanıtmaq və hazırda mövcud olan startuplara dəstək verməkdir:
 
"Bundan əlavə "Startup TV" öz qarşısında bir neçə məqsəd qoymuşdur ki, bunlara da startaperler arasında maarifləndirmə işinin aparılması, müxtəlif tədbirlərə media-dəstəyin verilməsi, investisiya müsabiqələrinin təşkil edilməsi, vençur investorları ilə müxtəlif görüşlərin təşkil edilməsi və s. daxildir".
 
Sözügedən videoportal fəaliyyətə yeni başlayıb. Bu baxımdan saytda yerləşdirilən məlumatların sayı kifayət qədər deyil. Lakin İKT üzrə çalışan ekspertlərin qənaətincə, tezliklə portala marağın artacağı şübhəsizdir.
 
Belə ki, yeni layihələr və şirkətlər özləri və məhsullarını  geniş kütləyə təqdim etmək üçün bu portalın xidmətlərindən istifadə edə biləcəklər. Portal bütün startaplar haqqında bir yerdə videoməlumatların toplanması baxımından xüsusi əhəmiyyət kəsb edir.
 
Seymur



Baxış sayı: 856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024