Tarix:05/05/14
QU-dan qeyd edilib ki, açılışa Azərbaycan ictimaiyyəti ilə yanaşı, Türkiyənin Fatih Universitetinin rektoru prof. dr. Şerif Ali Tekalan, Turqut Ozal Universitetinin rektoru prof. dr. Abdulkadir Şengün, Suleyman Şah Universitetinin rektoru prof. dr. Hüseyn Ekiz də qatılıb. Olimpiada "Lazım olsa super bir veb-səhifə hazırlayaram, mən də film çəkə bilərəm, animasiya yarışı olsaydı, qatılmaq istərdim, proqram yazmaq mənlikdir, uşaqlıqdan maraqlı qurğular hazırlamaq xəyalımdır" kimi fikirlər bir çox gəncimizdə var. Əgər siz də bunlardansınızsa, onda bu yarış sizin üçündür!" devizi ilə keçirilib.
İLO respublikamızın İT və kompüter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan meydana gəlib. Artıq bu il VII dəfə təşkil edilən məktəblərarası İnformatika Layihə Olimpiadasına Azərbaycanın müxtəlif zonalarından, müxtəlif məktəblərdən şagirdlər hazırladıqları layihələr ilə iştirak ediblər.
Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompüterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompüter biliklərinin artmasına yardımçı olmaq, həm də kompüterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir.
Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin İKT sahəsində biliklərinin və İKT-yə olan maraqlarının artırılması, müasir texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsidir. Olimpiadada daxil olan layihələrə gəlincə, qısa film kateqoriyası üzrə 14, animasiya kateqoriyası üzrə 9, veb- səhifə kateqoriyası üzrə 11, proqramçılıq kateqoriyası üzrə 7, "robotics" kateqoriyası üzrə 11 layihə təqdim edilib. Yüzlərlə ziyarətçisi olan sərgidə diqqəti ən çox cəlb edən Beynəlxalq Təhsil Mərkəzinin Türk liseyinin şagirdlərinin hazırladığı yanğın söndürmə maşını və Sumqayıt Təfəkkür liseyinin şagirdlərinin hazırladığı işığın polyarlaşması və maşınqayırmada tətbiqi layihəsi idi.
Layihələrin qiymətləndirilməsi ixtisaslı müəllimlər və İKT üzrə mütəxəssislər tərəfindən aparılıb.
Həqiqət İSABALAYEVA
Şagirdlər arasında VII İnformatika Layihə Olimpiadası keçirilib
Ümumtəhsil məktəbləri şagirdləri arasında VII İLO (İnformatika Layihə Olimpiadası) final mərhələsi başa çatıb. Qafqaz Universitetində (QU) keçirilən tədbirin təşkilatçıları və sponsorlarına Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, "Nanoelektronics", "Estet company" daxildir.QU-dan qeyd edilib ki, açılışa Azərbaycan ictimaiyyəti ilə yanaşı, Türkiyənin Fatih Universitetinin rektoru prof. dr. Şerif Ali Tekalan, Turqut Ozal Universitetinin rektoru prof. dr. Abdulkadir Şengün, Suleyman Şah Universitetinin rektoru prof. dr. Hüseyn Ekiz də qatılıb. Olimpiada "Lazım olsa super bir veb-səhifə hazırlayaram, mən də film çəkə bilərəm, animasiya yarışı olsaydı, qatılmaq istərdim, proqram yazmaq mənlikdir, uşaqlıqdan maraqlı qurğular hazırlamaq xəyalımdır" kimi fikirlər bir çox gəncimizdə var. Əgər siz də bunlardansınızsa, onda bu yarış sizin üçündür!" devizi ilə keçirilib.
İLO respublikamızın İT və kompüter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan meydana gəlib. Artıq bu il VII dəfə təşkil edilən məktəblərarası İnformatika Layihə Olimpiadasına Azərbaycanın müxtəlif zonalarından, müxtəlif məktəblərdən şagirdlər hazırladıqları layihələr ilə iştirak ediblər.
Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompüterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompüter biliklərinin artmasına yardımçı olmaq, həm də kompüterdən gözəl məqsədlərdə yararlanmağa təşviq etməkdir.
Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin İKT sahəsində biliklərinin və İKT-yə olan maraqlarının artırılması, müasir texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsidir. Olimpiadada daxil olan layihələrə gəlincə, qısa film kateqoriyası üzrə 14, animasiya kateqoriyası üzrə 9, veb- səhifə kateqoriyası üzrə 11, proqramçılıq kateqoriyası üzrə 7, "robotics" kateqoriyası üzrə 11 layihə təqdim edilib. Yüzlərlə ziyarətçisi olan sərgidə diqqəti ən çox cəlb edən Beynəlxalq Təhsil Mərkəzinin Türk liseyinin şagirdlərinin hazırladığı yanğın söndürmə maşını və Sumqayıt Təfəkkür liseyinin şagirdlərinin hazırladığı işığın polyarlaşması və maşınqayırmada tətbiqi layihəsi idi.
Layihələrin qiymətləndirilməsi ixtisaslı müəllimlər və İKT üzrə mütəxəssislər tərəfindən aparılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 914
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır