Tarix:05/05/14
AMEA Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Günel Kamallının sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı İlhamə Mirzəliyeva Estoniyada 1 illik təlim və tədqiqat proqramında iştirakının nəticələrinə dair seminarda çıxış edib.
O, “Azərbaycan bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sisteminin yaradılması” adlı hesabat tədbirində xatırladıb ki, tədqiqatlar Estoniyanın Tallin Universitetinin İnformatika İnstitutunda Avropa Komissiyasının elan etdiyi “Erasmus Mundus” Proqramının Cənubi Qafqaz üzrə “ALRAKIS II” Fəaliyyət proqramı çərçivəsində həyata keçirilib.
İ.Mirzəliyeva mövzu üzrə yerinə yetirdiyi tədqiqat işləri haqqında ətraflı məlumat verib və sözügedən sistemi nümayiş etdirib. Sistemin yaradılmasında müasir informasiya texnologiyaları vasitələrindən istifadə edildiyini qeyd edən doktorant gələcəkdə tam istifadəyə verilməsi üçün onun inkişaf dinamikasından, sistemin həm yerli, həm də xarici tədqiqatçılar üçün daha da əlverişli istifadəsi və müəyyən analizlər etmək imkanından, informasiya sisteminin bitki genetik ehtiyatları ilə bilavasitə əlaqəsi olanlar üçün əhəmiyyətindən danışıb.
Gənc alim seminar iştirakçılarının suallarını cavablandırıb, tədqiqatların nəticələri geniş müzakirə olunub. Aparılmış tədqiqat işi seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və araşdırmaların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Həqiqət İSABALAYEVA
Azərbaycanın bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sistemi Estoniyada nümayiş etdirilib
İlk dəfə yaradılmış Azərbaycan bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sisteminin ilkin versiyası Estoniyada nümayiş etdirilib.AMEA Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Günel Kamallının sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun doktorantı İlhamə Mirzəliyeva Estoniyada 1 illik təlim və tədqiqat proqramında iştirakının nəticələrinə dair seminarda çıxış edib.
O, “Azərbaycan bitki genetik ehtiyatlarının veb-əsaslı informasiya sisteminin yaradılması” adlı hesabat tədbirində xatırladıb ki, tədqiqatlar Estoniyanın Tallin Universitetinin İnformatika İnstitutunda Avropa Komissiyasının elan etdiyi “Erasmus Mundus” Proqramının Cənubi Qafqaz üzrə “ALRAKIS II” Fəaliyyət proqramı çərçivəsində həyata keçirilib.
İ.Mirzəliyeva mövzu üzrə yerinə yetirdiyi tədqiqat işləri haqqında ətraflı məlumat verib və sözügedən sistemi nümayiş etdirib. Sistemin yaradılmasında müasir informasiya texnologiyaları vasitələrindən istifadə edildiyini qeyd edən doktorant gələcəkdə tam istifadəyə verilməsi üçün onun inkişaf dinamikasından, sistemin həm yerli, həm də xarici tədqiqatçılar üçün daha da əlverişli istifadəsi və müəyyən analizlər etmək imkanından, informasiya sisteminin bitki genetik ehtiyatları ilə bilavasitə əlaqəsi olanlar üçün əhəmiyyətindən danışıb.
Gənc alim seminar iştirakçılarının suallarını cavablandırıb, tədqiqatların nəticələri geniş müzakirə olunub. Aparılmış tədqiqat işi seminar iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və araşdırmaların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 795
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır