12px13px15px17px
Tarix:05/05/14

“IDC”: “Planşetlər bazarı il ərzində təxminən 4 faiz artıb”

"IDC" analitik şirkəti 2014-cü ilin birinci rübünün yekunları üzrə dünya planşet və "ikisi birində" portativ kompüterlər (sensor ekranlı və ya klaviaturası çıxarılıb taxılan qurğular) bazarında apardığı tədqiqatın nəticələrini açıqlayıb.
 
Yanvar-martda qurğuların tədarük həcmi 50,4 faiz təşkil edib ki, bu da ötən ilin son rübü ilə müqayisədə 35,7 faiz az, 2013-cü ilin birinci rübündən 3,9 faiz çoxdur. Analitiklər qeyd edirlər ki, müşahidə olunan vəziyyət istehlakçılar tərəfindən böyük ekranlı smartfonlara marağın artması, eləcə də mövcud planşetlərin yenilənmə müddətinin uzadılması və inkişaf etmiş ölkələrin bazarlarında məhsul bolluğu ilə izah olunur.   
 
"Apple" şirkəti 16,4 milyon tədarük edilmiş "iPad" planşet kompüter modeli ilə rübün yekunları üzrə lider olaraq qalsa da, bazar payı il ərzində 40,2 faizdən 32,5 faizədək azalıb.
 
 "Samsung" şirkəti 11,2 milyon ədəd tədarük edilmiş planşetlə ikinci yerdədir. Cənubi Koreya istehsalçısı illik hesablamada mövqeyini 17,5 faizdən 22,3 faizədək yaxşılaşdırıb.
 
Aparıcı tədarükçülər üçlüyünü 2,5 milyon qurğu satan "ASUS" şirkəti tamamlayır. Şirkətin bazar payı 5,0 faiz təşkil edib, halbuki ötən il bu göstərici 5,4 faizə bərabər olub. 
 
"Lenovo" şirkətinin istehsalı olan planşet və "ikisi birində" kompüterlərin tədarük həcmi kəskin artaraq 2,1 milyon ədəd təşkil edib. Bir il əvvəl Çin istehsalçısı dünya bazarında 1,3 faizlik paya sahib idisə, hazırda bu, 4,1 faiz təşkil edir.  
 
Beşinci yerdə 1,0 milyon ədəd tədarük edilmiş qurğu ilə "Amazon" şirkəti qərarlaşıb ki, bu da bazarın 1,9 faizinə bərabərdir. Bir il əvvəl şirkətin payı 3,7 faiz olub.
 
Digər tədarükçülərin hamısı 17,2 milyon qurğu tədarük etməklə bazarda 34,2 faizə sahib çıxıb, - "3DNews www.3dnews.ru" yazır.




Baxış sayı: 661

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024