12px13px15px17px
Tarix:05/05/14

2014-cü ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 3 milyarda çatacaq

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatına əsasən, 2014-cü ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 3 milyarda çatacaq ki, onların 66%-i  inkişaf etməkdə olan ölkələrdə yaşayacaq.

Bununla belə, hələ ki planetimizdə internetin nüfuzetmə səviyyəsi inkişaf etmiş dövlətlərdə daha yüksəkdir. 2014-cü ilin dekabrınadək  inkişaf etmiş ölkələrdə bu göstərici 78%, inkişaf etməkdə olan ölkələrdə isə yalnız 32% təşkil edəcək.

“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu sahədə birincilik Avropa ölkələrinə məxsusdur, orada ilin sonunadək dörd insandan üçü internetə çıxışa malik olacaq. Həmçinin internetə yüksək qoşulma tempi Şimali və Cənubi Amerikada müşahidə olunur. Orada ilin sonunadək üç insandan ikisi “Ümumdünya Hörümçək Toru”nun  üstünlüklərindən istifadə etmək imkanına malik olacaq.

2014-cü ilin sonunadək Asiya-Sakit okean regionunda əhalinin üçdə biri internetə qoşulacaq. Nəhayət, Afrikada bu ilin sonunadək əhalinin 20%-i internetə çıxışa malik olacaq. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 10% təşkil edib.

Paralel olaraq mobil rabitə şəbəkəsinin populyarlığı artır. İlin sonunadək bu sahədə müqavilələrin sayı təxminən 7 milyarda çatacaq ki, onların da 3,6 milyardı Asiya-Sakit okean region ölkələrinin payına düşəcək.

BTİ-dən bildirilib ki, 2014-cü ilin sonunadək inkişaf etmiş ölkələrdə ev təsərrüfatının 78%-i, inkişaf etməkdə olan ölkələrdə isə 31%-i internetə çıxışa malik olacaq. MDB ölkələri üçün bu göstərici təxminən 50% təşkil edəcək.

Emil Hüseynov



Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024