12px13px15px17px
Tarix:06/05/14

Linus Torvalds “Computer Pioneer” medalı ilə təltif edilib

“Linux” əməliyyat sistemi nüvəsinin yaradıcısı Linus Torvalds Beynəlxalq Kompüter Cəmiyyətinin (IEEE Computer Society) 2014-cü il üçün “Computer Pioneer Award” mükafatına layiq görülüb. Bu mükafat 1981-ci ildən səyləri kompüter sənayesinin yaradılması və davam edən çiçəklənməsi ilə nəticələnən uzaqgörən insanlara minnətdarlıq və hörmət əlaməti olaraq təqdim edilir.  

Ötən illər ərzində 15 il əvvəlki nailiyyətlərə görə üzərində şəxsi şəklinin həkk olunduğu bürünc medalla 93 nəfər təltif edilib. Onların arasında Niklaus Virt (Pascal tərtibatçısı), Duqlas Enqelbart (maus yaradıcısı), Dennis Ritçi (Unix həmmüəllifi), Devid Kuk (paralel proqramlaşdırma konsepsiyasını kəşf edən), Kliv Moder (MATLAB müəllifi) və başqaları var. İndi isə informasiya texnologiyaları sahəsində görkəmli novatorlar sırasına “open-source” yanaşmasından istifadə etməklə “Linux” nüvəsinin hazırlanmasına görə Linus Torvalds da qoşulub.

1969-cu ildə Helsinkidə anadan olan L.Torvalds gənc yaşlarından “Commodore VIC-20” kompüteri üçün oyunların proqramlaşdırılmasına maraq göstərib, sonradan “Sinclair QL” əməliyyat sistemini modifikasiya edib. O, sonrakı illərdə 386 nanometrlik prosessorla təchiz edilən kompüter alaraq “Minix” əməliyyat sistemini quraşdırıb və 1991-ci ildə “Linux” nüvəsi üzərində işə başlayıb. Sistemin ilk versiyası L.Torvalds nüvənin hazırlanması üçün həmfikirlər toplayandan sonra 1994-cü ildə işıq üzü görüb.  

Ötən illər ərzində L.Torvalds bir neçə mükafata, o cümlədən Finlandiya Texnologiya Akademiyasının “Millennium Technology Prize” (2012-ci il), “NEC” şirkətinin “C&C Prize” (2010-cu il), Britaniya Kompüter Cəmiyyətinin “Lovelace Medal” (2000-ci il) və Elektron Hüdudlar Fondunun “Pioneer Award” (1998-ci il) mükafatlarına layiq görülüb, - “Xaker www.xakep.ru” yazır. 
 



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024