Tarix:06/05/14
Mərkəzdə peşə hazırlığı kurslarını bitirmiş və buraxılış imtahanından uğurla keçmiş 29 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlardan kompüter istifadəçiləri ilə yanaşı, 4 nəfəri bərbər və daha 4 nəfəri isə tikişçi peşələrinə yiyələnib. Şəhadətnamələrin təqdim olunması tədbirində qeyd olunub ki, burada yeni peşələrə yiyələnən əlilliyi olan şəxslərin əmək bazarına çıxışı xeyli asanlaşıb.
Həmçinin onlar özünüməşğulluq imkanları qazanıblar. Əlilliyi olan şəxslərin burada yiyələndikləri peşələr üzrə səmərəli məşğulluqlarının qısa müddətdə təmin edilməsi üçün onların yaşadıqları ərazilər üzrə məşğulluq xidməti orqanlarına məktubla müraciət ediləcək. Mərkəzdə ümumilikdə 10 peşə (kompüter istifadəçisi, xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə peşə hazırlığı kursları təşkil edilir və hazırda bu kurslarda 97 nəfər əlilliyi olan şəxs peşə təlimindədir.
Ötən ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılmış Ramana sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gəlmiş əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana var. Mərkəzdə əlilliyi olan şəxslərin tibbi xidmətlə təmin olunması üçün tibbi korpus, yeməkxana və kommunal xidmət korpusları, idman zalı, eləcə də stolüstü idman və trenajor zalları, incəsənətin ayrı-ayrı növləri üzrə dərnəklər və s. fəaliyyət göstərir.
Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə həmin şəxslərin fizioterapevtik müalicəsi və asudə vaxtlarının mənalı təşkili istiqamətində də müvafiq işlər aparılır.
Həqiqət İSABALAYEVA
Azərbaycanda əlilliyi olan 21 nəfər kompüter istifadəçisi peşəsinə yiyələnib
Azərbaycanda əlilliyi olan 21 nəfər kompüter istifadəçisi peşəsinə yiyələnib. Bu şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsindəki sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin ilk buraxılışıdır.Mərkəzdə peşə hazırlığı kurslarını bitirmiş və buraxılış imtahanından uğurla keçmiş 29 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlardan kompüter istifadəçiləri ilə yanaşı, 4 nəfəri bərbər və daha 4 nəfəri isə tikişçi peşələrinə yiyələnib. Şəhadətnamələrin təqdim olunması tədbirində qeyd olunub ki, burada yeni peşələrə yiyələnən əlilliyi olan şəxslərin əmək bazarına çıxışı xeyli asanlaşıb.
Həmçinin onlar özünüməşğulluq imkanları qazanıblar. Əlilliyi olan şəxslərin burada yiyələndikləri peşələr üzrə səmərəli məşğulluqlarının qısa müddətdə təmin edilməsi üçün onların yaşadıqları ərazilər üzrə məşğulluq xidməti orqanlarına məktubla müraciət ediləcək. Mərkəzdə ümumilikdə 10 peşə (kompüter istifadəçisi, xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə peşə hazırlığı kursları təşkil edilir və hazırda bu kurslarda 97 nəfər əlilliyi olan şəxs peşə təlimindədir.
Ötən ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılmış Ramana sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gəlmiş əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana var. Mərkəzdə əlilliyi olan şəxslərin tibbi xidmətlə təmin olunması üçün tibbi korpus, yeməkxana və kommunal xidmət korpusları, idman zalı, eləcə də stolüstü idman və trenajor zalları, incəsənətin ayrı-ayrı növləri üzrə dərnəklər və s. fəaliyyət göstərir.
Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə həmin şəxslərin fizioterapevtik müalicəsi və asudə vaxtlarının mənalı təşkili istiqamətində də müvafiq işlər aparılır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 679
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır