Tarix:06/05/14
“Mən artıq gələcəyə optimist baxıram. Onlar operatorlararası vahid, ucuzlaşdırılmış qiymət üzərində danışıqları bitirirlər”.
Danışıqlar başa çatdıqdan sonra operatorlar tərəfindən danışıq tariflərinin müəyyən qədər aşağı salınacağının istisna edilmədiyini vurğulayan nazir qeyd edib ki, hazırkı tariflər bazar qiymətləridir və onlara çox təzyiq də etmək olmaz:
“Qiymətlərin həddən artıq aşağı düşməsi də inkişafa müəyyən qədər təsir göstərir. Amma hər halda qiymətləri aşağı salmaq üçün koridor var”.
Regional təşəbbüslərdən də söz açan nazir qeyd edib ki, BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən təklif dəstəklənərək, “Avrasiya Rabitə Alyansı” (“Eurasian Connectivity Alliance”- EuraCA) yaradılıb. Artıq alyansın fəaliyyətə başlayacağını vurğulayan nazirin sözlərinə görə, buraya daxil olan layihələrdən biri də “TASİM –Trans-Avrasiya Super İnformasiya Magistralı”dır: “Bu istiqamətdə artıq hazırlıq işləri aparılır. Demək olar ki, bir neçə operator tərəfindən böyük biznes layihəsi hazırlanır və bu həyata keçiriləcək. Azərbaycanın koordinator olduğu bu alyansda “TASİM” layihəsi kimi layihələrin sayı daha da çox olacaq”.
Həqiqət İSABALAYEVA
Qiymətlərin aşağı salınması ilə bağlı mobil operatorlar arasında aparılan danışıqlar artıq başa çatmaq üzrədir
Tariflərin aşağı salınması ilə bağlı mobil operatorlarla müzakirələr aparılıb. Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Nazir qeyd edib ki, mobil operatorlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilmiş kollegiyanın qərarları ilə tanış olublar:“Mən artıq gələcəyə optimist baxıram. Onlar operatorlararası vahid, ucuzlaşdırılmış qiymət üzərində danışıqları bitirirlər”.
Danışıqlar başa çatdıqdan sonra operatorlar tərəfindən danışıq tariflərinin müəyyən qədər aşağı salınacağının istisna edilmədiyini vurğulayan nazir qeyd edib ki, hazırkı tariflər bazar qiymətləridir və onlara çox təzyiq də etmək olmaz:
“Qiymətlərin həddən artıq aşağı düşməsi də inkişafa müəyyən qədər təsir göstərir. Amma hər halda qiymətləri aşağı salmaq üçün koridor var”.
Regional təşəbbüslərdən də söz açan nazir qeyd edib ki, BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan tərəfindən irəli sürülən təklif dəstəklənərək, “Avrasiya Rabitə Alyansı” (“Eurasian Connectivity Alliance”- EuraCA) yaradılıb. Artıq alyansın fəaliyyətə başlayacağını vurğulayan nazirin sözlərinə görə, buraya daxil olan layihələrdən biri də “TASİM –Trans-Avrasiya Super İnformasiya Magistralı”dır: “Bu istiqamətdə artıq hazırlıq işləri aparılır. Demək olar ki, bir neçə operator tərəfindən böyük biznes layihəsi hazırlanır və bu həyata keçiriləcək. Azərbaycanın koordinator olduğu bu alyansda “TASİM” layihəsi kimi layihələrin sayı daha da çox olacaq”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1690
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı