Tarix:06/05/14
"TechCrunch" nəşri şirkətə yaxın mənbəyə istinadən yazır ki, "Google" hazırda xidməti sınaqdan keçirir və onu yaxın vaxtlarda "Google Glass" istifadəçilərinə təqdim edə bilər.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, pulu öz hesabından başqa hesaba köçürmək üçün istifadəçi yalnız "pulu göndərmək" deməli və bir sıra jestlər etməli olacaq. Nəşrin məlumatına görə, "Google" əməliyyata görə 0,3 dollar və ya dəyərinin 2.9%-i məbləğində komissiya haqqı tutacaq.
"Glass" smart eynəyinin köməyi ilə video çəkmək, tərcüməçi xidmətindən istifadə etmək, mesaj göndərmək və video konfranslar həyata keçirmək olar. Bu qurğuda kompüter displeyi göz səviyyəsindən bir qədər yüksəkdə yerləşir və bu, cihaz sahibinə əsas məşğuliyyətlərdən diqqətini yayındırmamağa kömək edir. Eynəyə "Bluetooth" və "Wi-Fi" modulları quraşdırılıb ki, bu da smartfonun köməyi ilə faylları ötürməyə imkan verir.
Emil Hüseynov
“Google Glass” smart-eynəyi “Google Wallet” elektron ödənişlər sistemini dəstəkləyəcək
"Google" internet korporasiyası "Google Glass" smart eynəyinə jest və səs əmrlərinin köməyi ilə məhsul və xidmətlərin ödənişi üçün "Google Wallet" elektron ödənişlər sisteminin tətbiqini planlaşdırır."TechCrunch" nəşri şirkətə yaxın mənbəyə istinadən yazır ki, "Google" hazırda xidməti sınaqdan keçirir və onu yaxın vaxtlarda "Google Glass" istifadəçilərinə təqdim edə bilər.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, pulu öz hesabından başqa hesaba köçürmək üçün istifadəçi yalnız "pulu göndərmək" deməli və bir sıra jestlər etməli olacaq. Nəşrin məlumatına görə, "Google" əməliyyata görə 0,3 dollar və ya dəyərinin 2.9%-i məbləğində komissiya haqqı tutacaq.
"Glass" smart eynəyinin köməyi ilə video çəkmək, tərcüməçi xidmətindən istifadə etmək, mesaj göndərmək və video konfranslar həyata keçirmək olar. Bu qurğuda kompüter displeyi göz səviyyəsindən bir qədər yüksəkdə yerləşir və bu, cihaz sahibinə əsas məşğuliyyətlərdən diqqətini yayındırmamağa kömək edir. Eynəyə "Bluetooth" və "Wi-Fi" modulları quraşdırılıb ki, bu da smartfonun köməyi ilə faylları ötürməyə imkan verir.
Emil Hüseynov
Baxış sayı: 759
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır