Tarix:07/05/14
“Samsung” “OLED” televizorların buraxılışına 2013-cü ildə başlasa da, qiymətin yüksək olması səbəbindən (55 düym diaqonallı modelin qiyməti 14,7 min dollar təşkil edir) onlara tələbat zəif olub.
Şirkət “OLED” panelləri Sinqapurun Tanconq istehsal kompleksi ərazisində yerləşən zavodda kiçik həcmdə buraxır. İstehsalın 2014-cü ilin sonunda iri zavoda keçirilməsi planlaşdırılsa da, istehsalçı “OLED” məhsulların effektivliyinin zəif olmasına görə bundan imtina edib.
“Samsung” “OLED” bazarında tədqiqat və işləmələri davam etdirmək niyyətindədir, lakin yaxın gələcəkdə belə televizorlar buraxmağı düşünmür. Bunun əvəzinə Asiyanın elektronika nəhəngi mobil qurğular üçün kiçikölçülü “OLED” panellərin istehsalı üzrə yeni zavodu istifadəyə verəcək.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur, - “DailyComm www.dailycomm.ru” yazır.
Cənubi Koreya istehsalçısı “OLED” televizorların istehsalını dayandırır
“Samsung Electronics” şirkəti “OLED” (üzvi işıq diodlu) texnologiyalı panellərin istehsalına investisiyaların yatırılması ilə bağlı planlarından imtina edib. Belə ki, Cənubi Koreya istehsalçısı televizor bazarında güclənən rəqabət fonunda belə məhsulların buraxılışının məqsədəuyğunluğuna şübhə ilə yanaşır.“Samsung” “OLED” televizorların buraxılışına 2013-cü ildə başlasa da, qiymətin yüksək olması səbəbindən (55 düym diaqonallı modelin qiyməti 14,7 min dollar təşkil edir) onlara tələbat zəif olub.
Şirkət “OLED” panelləri Sinqapurun Tanconq istehsal kompleksi ərazisində yerləşən zavodda kiçik həcmdə buraxır. İstehsalın 2014-cü ilin sonunda iri zavoda keçirilməsi planlaşdırılsa da, istehsalçı “OLED” məhsulların effektivliyinin zəif olmasına görə bundan imtina edib.
“Samsung” “OLED” bazarında tədqiqat və işləmələri davam etdirmək niyyətindədir, lakin yaxın gələcəkdə belə televizorlar buraxmağı düşünmür. Bunun əvəzinə Asiyanın elektronika nəhəngi mobil qurğular üçün kiçikölçülü “OLED” panellərin istehsalı üzrə yeni zavodu istifadəyə verəcək.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur, - “DailyComm www.dailycomm.ru” yazır.
Baxış sayı: 598
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır