Tarix:07/05/14
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, elektron ticarət bazarını araşdıran "Internet Retailer" firmasının məlumatına görə, 2013-cü ildə internet üzərindən məhsulların satışından "Amazon" şirkəti təxminən 67,8 milyard dollar qazanıb ki, bu da on ən yaxın rəqibinin birgə gəlirindən yüksəkdir. 2012-ci illə müqayisədə ABŞ şirkətində onlayn ticarətin həcmi 20% yüksəlib.
"Apple" şirkətində bu göstərici 24% artaraq 18,3 milyard dollar olub.
"Wal-Mart" pərakəndə ticarət şəbəkəsi internet üzərindən məhsul satışı üzrə ən yüksək dinamika nümayiş etdirib: 2013-cü ildə satışların həcmi 30% yüksələrək 10 milyard dollar olub.
İnternet üzərindən alış-veriş ənənəvi mağazalarla müqayisədə getdikcə istehlakçılar üçün daha üstün əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq onlayn riteylerlər daima öz ticarət meydançalarını təkmilləşdirirlər.
Emil Hüseynov
İnternet üzərindən daha çox hansı şirkətin məhsulları satılır?
Dünyanın ən böyük onlayn mağazalarının üçlüyündə yerdəyişmə olub. "Apple" şirkəti "Staples" ofis malları üzrə mağazalar şəbəkəsini geridə qoyaraq ikinci olub."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, elektron ticarət bazarını araşdıran "Internet Retailer" firmasının məlumatına görə, 2013-cü ildə internet üzərindən məhsulların satışından "Amazon" şirkəti təxminən 67,8 milyard dollar qazanıb ki, bu da on ən yaxın rəqibinin birgə gəlirindən yüksəkdir. 2012-ci illə müqayisədə ABŞ şirkətində onlayn ticarətin həcmi 20% yüksəlib.
"Apple" şirkətində bu göstərici 24% artaraq 18,3 milyard dollar olub.
"Wal-Mart" pərakəndə ticarət şəbəkəsi internet üzərindən məhsul satışı üzrə ən yüksək dinamika nümayiş etdirib: 2013-cü ildə satışların həcmi 30% yüksələrək 10 milyard dollar olub.
İnternet üzərindən alış-veriş ənənəvi mağazalarla müqayisədə getdikcə istehlakçılar üçün daha üstün əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq onlayn riteylerlər daima öz ticarət meydançalarını təkmilləşdirirlər.
Emil Hüseynov
Baxış sayı: 737
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib