Tarix:07/05/14
“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, 2008-ci ilədək elektronika sahəsi üçün alüminium korpusların istehsalına xeyli pul sərf olunub və demək olar, heç kəs tərəfindən istifadə olunmayıb. O zaman yalnız bəzi istehsalçıların qurğuları metal korpusla təchiz edilmişdi.
"Apple şirkətinin sayəsində alüminium korpus istehsalı hazırda çox ucuz və daha sadə başa gəlir" – “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuo deyib. "Məhz onlar bütöv alüminium hissəciyindən noutbuk korpusları yaradılmasının ucuz üsulunu ixtira ediblər".
Ötən ilin sonunda “Apple” şirkəti sapfir şüşə istehsalçısı “GT Advanced Technologies” şirkətinin inkişafına xeyli məbləğdə sərmayə qoyub. Amma şirkət nümayəndələri bildiriblər ki, öz məhsulunu yalnız “Apple” şirkətinə satmaq niyyətində deyillər. O vaxtdan etibarən “Kupertino” şirkəti səy göstərir ki, rəqiblərinə heç nə çatmasın.
"Sapfir material kimi çox cazibədar olsa da, istehsalı əsl dəhşətdir" – “Vertu” şirkətinin direktoru deyib. Öz elastikliyi və emaletmə sadəliyi ilə fərqlənir.
Emil Hüseynov
“Apple” məhsullarında sapfir şüşələrdən istifadə ediləcək
Bir neçə il bundan əvvəl elektronika sahəsində, demək olar ki, alüminium materialdan istifadə olunmayıb. Yalnız 2008-ci ildə ilk metal “MacBook” işıq üzü görüb. O zaman bütöv metal korpusların istehsalına böyük vəsait xərclənmişdi, amma nəticədə alüminium sənayesi irəliyə doğru addımlayıb. Doğrudanmı, “Apple” sapfir şüşə ilə bağlı eyni şeyi təkrarlamağa hazırlaşır?“ICTnews" elektron xəbər xidməti “macradar.ru” saytına istinadən bildirir ki, 2008-ci ilədək elektronika sahəsi üçün alüminium korpusların istehsalına xeyli pul sərf olunub və demək olar, heç kəs tərəfindən istifadə olunmayıb. O zaman yalnız bəzi istehsalçıların qurğuları metal korpusla təchiz edilmişdi.
"Apple şirkətinin sayəsində alüminium korpus istehsalı hazırda çox ucuz və daha sadə başa gəlir" – “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuo deyib. "Məhz onlar bütöv alüminium hissəciyindən noutbuk korpusları yaradılmasının ucuz üsulunu ixtira ediblər".
Ötən ilin sonunda “Apple” şirkəti sapfir şüşə istehsalçısı “GT Advanced Technologies” şirkətinin inkişafına xeyli məbləğdə sərmayə qoyub. Amma şirkət nümayəndələri bildiriblər ki, öz məhsulunu yalnız “Apple” şirkətinə satmaq niyyətində deyillər. O vaxtdan etibarən “Kupertino” şirkəti səy göstərir ki, rəqiblərinə heç nə çatmasın.
"Sapfir material kimi çox cazibədar olsa da, istehsalı əsl dəhşətdir" – “Vertu” şirkətinin direktoru deyib. Öz elastikliyi və emaletmə sadəliyi ilə fərqlənir.
Emil Hüseynov
Baxış sayı: 661
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır