Tarix:08/05/14
Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi, əqli mülkiyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə müzakirələrin aparılması, Frensis Qarriyə “Fəxri Doktor” adının verilməsi, həmçinin Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, BMT-nin 16 ixtisaslaşmış təşkilatından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) dünyada əqli mülkiyyət sahəsində aparılan işlərin idarəçiliyini həyata keçirən hökumətlərarası təşkilatdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən Konvensiya 1967-ci ildə qəbul edilib. Onun inzibati idarəçiliyi altında 26 konvensiya, müqavilə və saziş fəaliyyətdədir.
Xatırladaq ki, Azərbaycan 1995-ci il 25 dekabr tarixindən bu təşkilatın üzvüdür. 2006-cı il martın 3-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əqli mülkiyyət sahəsində “Əməkdaşlıq Proqramı” imzalanıb.
Azərbaycan ÜƏMT-in inzibati idarəçiliyini həyata keçirdiyi müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan bütün çoxtərəfli konvensiya və müqavilələrə qoşulub.
CAHANGİR
Azərbaycan Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq
Bu ilin 13-15 may tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarrinin Azərbaycana rəsmi səfəri gözlənilir.Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi, əqli mülkiyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzrə müzakirələrin aparılması, Frensis Qarriyə “Fəxri Doktor” adının verilməsi, həmçinin Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, BMT-nin 16 ixtisaslaşmış təşkilatından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) dünyada əqli mülkiyyət sahəsində aparılan işlərin idarəçiliyini həyata keçirən hökumətlərarası təşkilatdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən Konvensiya 1967-ci ildə qəbul edilib. Onun inzibati idarəçiliyi altında 26 konvensiya, müqavilə və saziş fəaliyyətdədir.
Xatırladaq ki, Azərbaycan 1995-ci il 25 dekabr tarixindən bu təşkilatın üzvüdür. 2006-cı il martın 3-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əqli mülkiyyət sahəsində “Əməkdaşlıq Proqramı” imzalanıb.
Azərbaycan ÜƏMT-in inzibati idarəçiliyini həyata keçirdiyi müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində qüvvədə olan bütün çoxtərəfli konvensiya və müqavilələrə qoşulub.
CAHANGİR
Baxış sayı: 714
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır